Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha bir növ etibarnaməni notariusa getmədən vermək mümkün olacaq - YENİLİK

16.03.2021 15:14 924
Daha bir növ etibarnaməni notariusa getmədən vermək mümkün olacaq - YENİLİK
Azərbaycanda mobil notariat tətbiqinə yeni xidmət əlavə edilib. Artıq bu gündən tətbiq vasitəsilə banklarda istifadə üçün etibarnamələrin verilməsi başlanılıb.

Bu barədə bu gün keçirilən onlayn brifinqdə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Zaur Həsənov məlumat verib.

O bildirib ki, ilkin mərhələdə mobil notariat tətbiqinə vətəndaşlarda inam az oldu:

“İlkin günlərdə inam az olduğu üçün tətbiqdən istifadə az olub. Lakin, getdikcə mobil notariat tətbiqindən istifadə artdı. Xüsusilə də pandemiya dövründə bu daha çox özünü göstərdi. İlk olaraq tətbiq vasitəsilə avtomobillərə, vəkillərə, pulsuz və güzəştli dərman yardımı almaq hüququ olan şəxslərə etibarnamələrin verilməsi və s. xidmətlərlə başlanıldı.

Bu gün mobil notariat tətbiqi istifadəçilərinin sayı 100 mini ötür. Dövlət qurumları tərəfindən tətbiq edilən mobil tətbiqlər arasında ilk üçlükdə yer alır. Vətəndaşlarda bu sistemə maraq günbəgün artır”.

Azərbaycanda mobil notariat tətbiqilə banklarda istifadə üçün etibarnamələrin verilməsinə də başlanılıb:

“Artıq tətbiqin yeni versiyası istifadəyə verilir. Bu gündən banklarda istifadə üçün etibarnamələrin verilməsi başlanılıb. Vətəndaş olduğu yeri tərk etmədən mobil notariat tətbiqi üzərindən videoyazı vasitəsilə istədiyi şəxsə bankda təmsil olunması üçün etibarnamə verəcək. Tətbiq fasiləsiz işləyir, bayram və istirahət günləri də daxil olmaqla sutka ərzində fasiləsiz fəaliyyət göstərir”, - deyə o, qeyd edib.скачать dle 11.3
Mojo.az Banner