Mojo.az Banner
23:02 Saçlarınız tökülürsə, bunları sınayın: 3 təbii üsul  |     22:54 Növbəti miqrant axını bu ölkəyə oldu  |     22:45 Rusiyanın neft-kimya kompleksi Ukrayna dronlarının hədəfində  |     22:37 Yerə yeni maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər  |     22:31 Keçmiş deputat Anna Mkrtçyanın atası TUTULDU  |     22:29 Azərbaycan, ABŞ və Ermənistan Sülh Sammitinin ildönümü ilə bağlı Birgə Bəyanat yayıblar  |     22:27 Azərbaycan XİN Kolumbiyaya başsağlığı verib  |     22:21 Bu ərazilərdə qaz olmayacaq  |     22:15 Türkiyə “atəşi kəsin” dedi, Rusiya atəş püşkürdü  |     22:07 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq  |     21:23 ABŞ Futbol Federasiyası FIFA-nın idarəetmə strukturunda dəyişikliklərə çağırdı  |     21:13 Bəzi məhsullar bahalaşacaq – SİYAHI  |     20:45 Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi  |     20:10 "Qəbələ" braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalayıb  |     19:56 Pezeşkian: "Süni intellektə əsaslanan ABŞ İrandakı vəziyyətlə bağlı yanıldı"  |     19:28 Bu gün / 19:12 54 Şahbuzda VAZ aşdı: 76 yaşlı qadın həyatını itirdi  |     19:25 DTX: "Beynəlxalq kibercinayətkar şəbəkələrin Azərbaycana qarşı qanunsuz əməllərinin qarşısı alınır"  |     18:23 Bakıda tanışlarını bıçaqlayan şəxsə prokuror ağır cəza istəyib  |     18:15 I ixtisas qrupunda "pulsuz" yerlərin sayı bəlli oldu  |     18:03 KMBİ: Qanunsuz dövriyyəsi 10 milyon manat olan onlayn mərc şəbəkəsi ifşa edildi - Video  |    
Left Banner
Right Banner

Avtomobili olanlara şad xəbər - AZƏRBAYCANDA İLK

16.10.2019 13:18 3 356
Avtomobili olanlara şad xəbər - AZƏRBAYCANDA İLK
Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək.

Bu barədə FED.az-a Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsinin rəisi Ağakərim Səmədzadə bildirib.

İdarə rəisi bildirib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər.

Mobil tətbiqi “App store”dən və ya “Play market” pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.

“Bu mobil tətbiq vasitəsilə yaxınlıqda olan notariusu da tapa bilərsiniz. Hətta onlayn formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiniz. Ondan başqa, rəsmiləşdirmək istədiyiniz əməliyyat, ödənişi kimlər iştirak etməlidir, hansı sənədlərin tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq”, - deyə Ağakərim Səmədzadə bildirib.

Yeni mobil tətbiq oktyabrın sonu-noyabrın əvvəlində işə düşəcək:

“Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə etməklə 24 saat ərzində istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik”, - deyə dövlət rəsmisi bildirib.
скачать dle 11.3
Mojo.az Banner