Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Notarius xidmətlərində yenilik: Mobil tətbiqə ediləcək əlavələr AÇIQLANDI

11.08.2021 17:07 1 398
Notarius xidmətlərində yenilik: Mobil tətbiqə ediləcək əlavələr AÇIQLANDI
Hazırda hər ay mobil notariat tətbiqinə yeni əlavələr edilir və yeni imkanlar yaradılır.

Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin məsləhətçisi Zaur Həsənov məlumat verib.

O bildirib ki, tətbiqin inkişaf etdirilməsi üzrə işlər aparılır, avqust ayının sonu, sentyabr ayının ilk günlərində bir neçə ərizə növü tətbiqə əlavə ediləcək:

“Bunlardan biri azyaşlıların pasport almasına dair valideynlərin yazılı ərizələri, digəri yaşayış sahəsi üzrə qeydiyyata alınma üçün mənzil sahibinin mənzil mülkiyyətçisinə razılıq ərizəsinin artıq mobil tətbiqdə rəsmiləşdirilməsi mümkün olacaq.

Biz təhlillər aparır və vətəndaşlar tərəfindən ən çox müraciət edilən notariat hərəkətlərinin tətbiqə əlavə edilməsinə çalışırıq”.

Zaur Həsənov əlavə edib ki, mobil notariat tətbiqi vasitəsilə səyyar notarius sifarişinin də təşkil olunması planlaşdırılır:

“Bununla da vətəndaşlar iş vaxtından sonra və ya iş vaxtı notariat ofislərindən kənarda notarius xidmətlərindən yararlana biləcəklər”.

Qeyd edilib ki, hazırda mobil notoriat tətbiqinin istifadəçilərinin sayı 120 minə yaxındır. Gündəlik mobil qaydada rəsmiləşdirilən notariat sənədlərin sayı 400-ü keçir. Bu say hər gün artmaqdadır.скачать dle 11.3
Mojo.az Banner