Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı
Bakıda 455 min manatlıq dələduzluq oldu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamran Balayevin cinayət işi üzrə hökm oxunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Balayev tanışlarının etibarından sui-istifadə edərək Hövsan qəsəbəsində tikiləcək binalardan mənzillərin satışına pul yatırmaqla gəlir əldə edə biləcəklərini vəd edib.
O, iki zərərçəkmişdən müxtəlif vaxtlarda ümumilikdə 455 min manat alıb. Pullardan yalnız 70 min manatı geri qaytarılıb, qalan 385 min manatın isə ələ keçirildiyi bildirilir.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, işdə adı keçən şəxslərin ad və soyadları şərtidir.
//pravda az