Mojo.az — elanlar
Son Xəbərlər
12:14 Xırdalanda evlər dəyərindən aşağı satılır - Qiymətlər açıqlandı - Video  |     12:04 Bu mənzillərdə qaz sobaları və kombilər elektriklə əvəzlənəcək – AÇIQLAMA  |     11:53 Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - FOTO  |     11:49 Bakıda dələduzluqda təqsirləndirilən tikinti şirkətinin rəhbəri həbsdən buraxıldı  |     11:32 Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov Gürcüstanda saxlanılıb  |     11:11 Azərbaycanda yarım milyon manatlıq yeyinti: İki vəzifəli şəxs həbs edildi  |     23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya vətəndaşlarına hökm oxundu

12.05.2026 18:13 597
Rusiya vətəndaşlarına hökm oxundu
Əmlakın leqallaşdırılmasında təqsirləndirilən Rusiya Federasiyası vətəndaşları - İgor Zabolotski və İlnur Valıtovun cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, İ. Zabolotski və İ.Valıtov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı Eldar Həmzə məhkəməyə təqsirləndirilən şəxslərin 4 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Qeyd edək ki, onlar qumar oyunlarından cinayət yolu ilə əldə edilmiş 98 min manat pulun leqallaşdırılmasında təqsirləndirilirlər.

Onlara qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə qazanılmış əmlakı leqallaşdırma) maddəsi ilə yekun ittiham verilib.
//unikal.az

Son xəbərlər