Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs

16.09.2026 20:15 345
Binədə qaz sayğacı vədi ilə 56 min manatlıq dələduzluq - 2 il həbs
Bakının Xəzər rayonunun Binə qəsəbəsində sakinlərə qaz sayğacı quraşdıracağına söz verərək pullarını alan şəxslə bağlı məhkəmə hökmü çıxarılıb.

Məhkəmənin müəyyən etdiyi hallara görə, təqsirləndirilən şəxs müxtəlif şəxslərin evlərinə qaz sayğacı quraşdıracağına dair yalan vəd verərək onları aldadıb və pullarını ələ keçirib.

İttihama əsasən, o, 2025-ci ilin aprel ayından 2026-cı ilin fevral ayınadək müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərdən ümumilikdə 56 300 manat pul alıb.

Təqsirləndirilən şəxs ilk olaraq bir şəxsdən qaz sayğacı quraşdırmaq vədi ilə 3000 manat, digər şəxsdən 1600 manat, daha bir şəxsdən isə 3000 manat alıb. Sonrakı epizodlarda 2000, 19 400, 1300, 1500, 3500, 4000, 2700 və 3500 manat məbləğlərində pulların da eyni vədlə ələ keçirildiyi göstərilib.

İttiham materiallarına əsasən, ən böyük məbləğ 6 evə qaz sayğacı quraşdırılması vədi ilə alınıb. Bu epizod üzrə təqsirləndirilən şəxs əvvəlcə 13 800 manat, daha sonra isə 5600 manat alaraq ümumilikdə 19 400 manat əldə edib.

Bundan başqa, həmin şəxsdən tikdirdiyi evlərdən sökülən qaz sayğaclarını geri qaytaracağı vədi ilə daha 7800 manat aldığı bildirilir.

Pulların bir hissəsi nağd şəkildə, digər hissəsi isə bank kartlarına köçürülməklə verilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, təxminən üç ildir rieltor kimi fəaliyyət göstərir və Binə qəsəbəsində sakinlərin əksəriyyəti onu tanıyır.

Təqsirləndirilən şəxsin sözlərinə görə, ərazidə yeni tikililərin sayının artması ilə qaz və işıq sayğaclarının quraşdırılması ilə bağlı problemlər yaranıb. O, özünü qaz sayğaclarının quraşdırılması ilə məşğul olan şəxs kimi təqdim edən bir nəfərin sözünə inanaraq sakinlərdən pul almağa və onların problemini həll edəcəyinə söz verməyə başlayıb.

Lakin sonradan verdiyi vədləri yerinə yetirə bilmədiyini deyən təqsirləndirilən şəxs aldığı pulları geri qaytardığını və zərərçəkmiş şəxslərlə barışdığını bildirib.

Məhkəmədə zərərçəkmiş şəxslərdən biri də ona dəymiş 27 200 manat maddi ziyanın sonradan tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını və ondan şikayətinin olmadığını bildirib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluğun təkrar törədilməsi) və 178.2.4-cü (dələduzluğun xeyli miqdarda ziyan vurmaqla törədilməsi) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. Onun 2026-cı ildə ümumilikdə 4 gün tutulması da cəza müddətinə hesablanıb.

Nəticədə üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.
//qaynar.az

Son xəbərlər