Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Türkiyəyə giriş qadağasını ləğv etdirəcəyini dedi, həbs olundu

17.07.2026 19:14 378
Türkiyəyə giriş qadağasını ləğv etdirəcəyini dedi, həbs olundu
Naxçıvanda müxtəlif şəxsləri aldadaraq onların pul və əmlakını ələ keçirməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, məhkəmənin hökmünə əsasən, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi (təkrar dələduzluq) ilə təqsirli bilinərək 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

İş materiallarına görə, o, zərərçəkmişlərə Türkiyə Respublikası tərəfindən tətbiq edilmiş ölkəyə giriş qadağasının aradan qaldırılmasına və yaşayış icazəsinin alınmasına köməklik göstərəcəyini vəd edərək müxtəlif məbləğlərdə pul alıb. Lakin verdiyi vədləri yerinə yetirməyib və əldə etdiyi vəsaitləri mənimsəyib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, təqsirləndirilən şəxs bu yolla bir zərərçəkmişdən 1 832 manat, digərindən isə oğluna tətbiq edilmiş giriş qadağasının ləğv etdiriləcəyi vədi ilə 3 500 manat alıb. Bundan başqa, o, başqa bir şəxsdən Türkiyədə yaşayış icazəsinin alınacağı adı ilə 1 700 manat, digər zərərçəkmişdən isə giriş qadağasının aradan qaldırılacağı vədi ilə ümumilikdə 1 688 manat əldə edib.

Cinayət işi üzrə araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxs bundan əvvəl Bakıda birlikdə işlədiyi şəxsi də aldadıb. O, zərərçəkmişə noutbuk və mobil telefonuna satışları artıran xüsusi proqram yükləyəcəyini bildirərək əvvəlcə 1 749 manat dəyərində HP markalı noutbuku, daha sonra 310 manat pulu və 3 082 manat dəyərində "iPhone 15 Pro" mobil telefonunu ələ keçirib. Nəticədə zərərçəkmişə ümumilikdə 5 141 manat məbləğində ziyan dəyib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü təqsirli bildiyini deyib. O, ifadəsində zərərçəkmişlə eyni şirkətdə işlədiyini, maddi sıxıntı səbəbindən onu aldatmaq qərarına gəldiyini və satışları artıran xüsusi proqram yükləyəcəyi barədə yalan danışaraq əmlakını ələ keçirdiyini etiraf edib.

Məhkəmə təqsirləndirilən şəxsi Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilərək 2 il 7 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

Son xəbərlər