Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Boranı"nın zirzəmisindən skuter, küçədən şlaqbaum oğurladı - 2 il 6 ay "iş" aldı

04.06.2026 21:34 402
Bakıda iki ayrı oğurluq hadisəsi törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə materiallarına əsasən, təqsirləndirilən şəxs Oqtay Şükürov (şərti) Yasamal rayonu ərazisində yerləşən "Boranı” restoranının zirzəmisinə daxil olaraq, oradan 1 285 manat dəyərində elektrikli skuter oğurlayıb.

Bundan başqa, təqsirləndirilən şəxs yaşayış evinin qarşısında quraşdırılmış və giriş-çıxışı tənzimləyən 400 manat dəyərində alüminium şlaqbaumu sökərək aparıb.

İstintaq zamanı təqsirləndirilən şəxs hər iki oğurluq əməlini etiraf edib. O bildirib ki, skuteri şəxsi istifadəsi üçün götürüb, şlaqbaumu isə metal kimi satmaq məqsədilə oğurlayıb.

Məhkəmə iclasında zərərçəkmiş şəxslər onlara dəymiş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxslə barışdıqlarını və ona qarşı hər hansı şikayət və tələblərinin olmadığını bildiriblər.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
//qaynar.az

Son xəbərlər