Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıtda iki mağazanı yarmaqda təqsirləndirilən şəxsə hökm oxundu

14.05.2026 20:49 456
Sumqayıtda iki mağazanı yarmaqda təqsirləndirilən şəxsə hökm oxundu
Sumqayıtda gecə saatlarında iki fərqli mağazadan oğurluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə araşdırmaları zamanı təqsirləndirilən şəxs ittihamları qəbul etməsə də, məhkəmə onun əməlini sübuta yetirilmiş hesab edib.

İttihama görə, şərti olaraq Elman Qədirov (şərti) ilk oğurluq hadisəsini gecə saat 04.00 radələrində Sumqayıt şəhəri, Çerkassi küçəsində yerləşən və avtomobil ehtiyat hissələrinin satışı ilə məşğul olan "Nəzəroğlu” mağazasında törədib.

O, mağazanın dəmir qapısının qıfılını sındıraraq içəri daxil olub müxtəlif avtomobil aksesuarları və texniki avadanlıqlar oğurlayıb. Oğurlanan əşyalar arasında akkumulyator, hava vuran cihazlar, avtomobil emblemləri, aksesuarlar, açar dəsti və "Hikvision” markalı DVR qurğusu olub.
Hadisə nəticəsində mağaza sahibinə ümumilikdə 435 manat maddi ziyan dəyib.

İş materiallarına əsasən, təqsirləndirilən şəxs bununla kifayətlənməyərək daha bir oğurluq hadisəsi törədib. O, bu dəfə Sumqayıt şəhəri 41A məhəllə ərazisində yerləşən "Mini Market”ə daxil olub.

Mağazanın qıfılını sındıraraq içəri girən şəxs müxtəlif markalı siqaretlər, şokoladlar, enerji içkiləri, dezodorantlar, alışqanlar və qəpik pulları oğurlayıb. Bu hadisə zamanı market sahibinə 418 manat məbləğində ziyan vurulduğu müəyyən edilib.

Məhkəmə iclasında ifadə verən Elman Qədirov özünü təqsirli bilmədiyini deyib. Bununla belə, məhkəmə təqdim olunan sübutları, ekspertiza rəylərini və iş materiallarını araşdıraraq təqsirləndirilən şəxsin müdafiə xarakterli ifadələrini inandırıcı hesab etməyib.

Məhkəmənin hökmü ilə Elvin M. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə – təkrar oğurluq və yaşayış, anbar və ya digər saxlanc yerlərinə qanunsuz daxil olmaqla oğurluq əməlində təqsirli bilinib.

Ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb.
//qaynar.az

Son xəbərlər