Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanışını 20 manat borca görə bıçaqlayan şəxsə hökm oxundu

03.04.2024 12:35 1 773
Tanışını 20 manat borca görə bıçaqlayan şəxsə hökm oxundu
Lənkəran Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən Tural Mursəliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Mursəliyev dörd il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 18 aprel 2023-cü il tarixdə, saat 14 radələrində Beyləqan şəhəri, Sərdar İmrəliyev küçəsində qeydə alınıb.

Belə ki, təqsirləndirilən Tural Mursəliyev tanışı, zərərçəkmiş Rövşən Həsənova (soyadı şərti) 20 manat pul borcu olub. Bununla əlaqədar o, həmin şəxslə yaşadığı evin qarşısında mübahisə edərək dalaşıb. Dava zamanı zərərçəkmiş şəxs onun yaxasından tutub dartıb, nəticədə hər ikisi yerə yıxılıb. Sonra Tural yıxıldığı yerdən durub yaşadığı evə gedərək mətbəx bıçağını götürüb, Rövşənin yanına qayıdaraq ona xəsarət yetirib.скачать dle 11.3
Mojo.az Banner