Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA
Borc öhdəliklərinin icrası ilə bağlı qanunvericiliyə edilən yeni dəyişikliklər borcluların qiymətli kağızlarına həbs qoyulması və borcun həmin aktivlər hesabına ödənilməsi mexanizmini müəyyənləşdirir. Prosedurların “Elektron icra” informasiya sistemi vasitəsilə həyata keçirilməsi isə icra prosesində rəqəmsallaşmanın genişləndirilməsini nəzərdə tutur. Borcun borclunun qiymətli kağızları hesabına tutulması hansı hüquqi qaydalarla həyata keçiriləcək?
Bu barədə Median.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, şəxsin əmlakına, o cümlədən qiymətli kağızlarına tutma yönəldilə bilər:
Bu barədə Median.Az-a açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, şəxsin əmlakına, o cümlədən qiymətli kağızlarına tutma yönəldilə bilər:
“Bu qayda əvvəllər də mövcud olub. Bəzi əmlak növləri isə istisna təşkil edir. Məsələn, şəxsin zəruri şəxsi əşyaları, geyimləri və digər gündəlik tələbat vasitələri qanunvericiliklə müəyyən edilmiş qaydada toxunulmaz hesab olunur. Lakin qiymətli kağızlara tutmanın yönəldilməsi əvvəl də mümkün idi və icra məmuru bu səlahiyyətə malik olub. Yeni mexanizm sadəcə həmin prosesin elektron qaydada necə həyata keçirilməli olduğunu tənzimləyir. Məqsəd proseduru sürətləndirmək və icra prosesini daha operativ təşkil etməkdir”.
O deyib ki, tələbkarların, yəni kreditorların hüquqlarının qorunmasına və borcların daha tez tutulmasına xidmət edir:“Ancaq etiraf etmək lazımdır ki, Azərbaycanda qiymətli kağızlar bazarı hələ də kifayət qədər aşağı səviyyədədir. Borclu şəxslərin də, bir qayda olaraq, qiymətli kağızları olmur. Səhm və istiqrazlara sahib olan şəxslərin sayı nisbətən azdır. Buna görə də, mövcud vəziyyəti nəzərə alsaq, bu mexanizmin praktik baxımdan geniş tətbiqi və aktuallığı hələlik o qədər də yüksək deyil”.
