Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA

06.10.2026 13:14 459
Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA
Borclunun üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməməsi hallarında kreditorun və ya digər tələb sahibinin hüquqlarının qorunması üçün qanunvericilikdə müəyyən mexanizmlər nəzərdə tutulur. Bu zaman borcun məcburi qaydada tutulması, eləcə də borclunun əmlakına yönəldilmə məsələsi gündəmə gələ bilər. Xüsusilə borclunun yaşadığı evin və digər əmlakının həbsə qoyulub-qoyula bilməməsi vətəndaşlarda maraq doğuran hüquqi məsələlərdəndir.

Borclunun yaşadığı evə və digər əmlakına hansı hallarda həbs qoyula bilər?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Median.Az-a bildirib ki, məhkəmə qərarı dövlət adından çıxarılır və onun icrası məcburidir:
“Bu baxımdan, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İcra xidməti tərəfindən məhkəmə qərarının icrası təmin edilir. İcra məmuru məhkəmə qərarının icrasını qanunvericilikdə nəzərdə tutulan bütün mümkün vasitələrdən istifadə etməklə təmin etməlidir. Bu vasitələrə borclunun daşınar və daşınmaz əmlakının müəyyənləşdirilməsi də daxildir. Şəxsin yeganə yaşayış yeri olan və onun yeganə əmlakı sayılan mənzil heç bir halda satıla və müsadirə edilə bilməz. Yalnız şəxs həmin əmlakın öhdəliyin icrasının təminatı kimi girov qoyulmasına və ya ipotekaya verilməsinə razılıq verdiyi halda bu əmlakla bağlı belə hüquqi imkan yaranır. Şəxsin məhkəmə aktını qəsdən və bilərəkdən icra etməməsi inzibati və cinayət məsuliyyətinə səbəb ola bilər”.

Ayselскачать dle 11.3
Mojo.az Banner