Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas

26.08.2026 22:36 432
Evlilərin diqqətinə: sizdən pul tutula bilər - Hüquqşünas
Son dövrlərdə bankların borclunun həyat yoldaşına məxsus gəlir və əmlaka da tələb yönəltməsi məsələsi gündəmə gəlib. Bu isə ər-arvadın nikah dövründə əldə etdikləri əmlakın hüquqi statusu və borc öhdəliklərinin hansı hallarda digər həyat yoldaşına şamil edilə bilməsi ilə bağlı suallar doğurur.

Median.Az
xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, bəzi hallarda banklar borclunun həyat yoldaşının gəlir və əmlakına tələb yönəldilməsi üçün icra məmuruna müraciət edirlər.

Hüquqşünas bununla bağlı konkret nümunə də çəkib:

“Son zamanlar banklar yeni üsula əl atıblar. Tələblərini borclunun həyat yoldaşının gəlirinə, əmlakına yönəldirlər. Məsələn, arvadın banka borcu var, amma gəliri yoxdur. Ərinin pensiyası var. Bank icra məmurundan tələb edir ki, tələb ərin pensiyasına yönəldilsin. İcra məmuru da pensiyanın yarısını tutmağa başlayır”.

Ə. Həsənovun sözlərinə görə, bunun əsas səbəblərindən biri ər-arvadın nikah dövründə əldə etdiyi gəlir və əmlakın birgə mülkiyyət hesab olunmasıdır.

“Bu ona görə baş verir ki, ər-arvadın nikah dövründə əldə etdiyi gəlir, əmlak onların birgə mülkiyyəti hesab olunur. Bundan qurtulmağın bircə yolu var: hər kəsin gəlirinin, əmlakının sırf özünə aid olduğunu təsbit edən nikah müqaviləsinin bağlanılması. Bunu hər an etmək olar. O cümlədən tələb gəlirə yönəldikdən sonra da. Yəni yuxarıda qeyd etdiyim halda ər-arvad nikah müqaviləsi bağlasa, borc artıq ərin pensiyasından tutula bilməyəcək”, – deyə hüquqşünas vurğulayıb.

Son xəbərlər