Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb

28.10.2026 17:53 183
Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
Xəbər verildiyi kimi Bakı şəhərində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun ev sahibliyi etdiyi tədbirdə 46 üzv dövlətlərin və müşahidəçi ölkələrin, eləcə də, 8 beynəlxalq təşkilatın nümayəndələri olmaqla, ümumilikdə 250-dən çox şəxs iştirak edir. İştirakçılar arasında müstəqil antikorrupsiya qurumlarının rəhbərləri və nazirlər olmaqla 40-dan çox yüksəkvəzifəli şəxs yer alır.

Oktyabrın 28-də baş tutan tədbir çərçivəsində Azərbaycan Respublikası "İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə üzrə hüquq-mühafizə əməkdaşlığı haqqında Məkkə əl-Mükərrəmə Konvensiyası”nı imzalayıb.

Konvensiya Azərbaycan Respublikası adından Baş prokuror Kamran Əliyev tərəfindən imzalanıb.

İmzalanma mərasimində İƏT-in Baş katibi İsmail Uld Şeyx Əhməd iştirak edib.

Mərasimdə çıxış edən Baş prokuror korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında beynəlxalq əməkdaşlığın, dövlətlər arasında operativ məlumat mübadiləsinin və hüquq-mühafizə orqanlarının əlaqələndirilmiş fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Baş prokuror, həmçinin, tədbir iştirakçılarına müraciət edərək İƏT üzv dövlətlərini Konvensiyaya qoşulmaq, onun imzalanması və ratifikasiyası istiqamətində zəruri tədbirləri həyata keçirməyə, eləcə də bu istiqamətdə fəal mövqe nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, Məkkə əl-Mükərrəmə Konvensiyası İƏT üzv dövlətlərinin korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən səlahiyyətli hüquq-mühafizə orqanları arasında əməkdaşlığın hüquqi əsaslarını müəyyən edən beynəlxalq sənəddir.

Konvensiyanın əsas məqsədi korrupsiya cinayətlərinin qarşısının alınması və aşkar edilməsi, onların araşdırılması və təqibi sahəsində dövlətlərarası əməkdaşlığın gücləndirilməsi, eləcə də müvafiq qurumların fəaliyyətinin əlaqələndirilməsidir.

Sənəd çərçivəsində korrupsiya cinayətləri ilə bağlı məlumatların və sübutların mübadiləsinin, qarşılıqlı hüquqi yardımın, istintaq tədbirləri üzrə əməkdaşlığın, texniki dəstək və peşəkar təcrübə mübadiləsinin genişləndirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, korrupsiya yolu ilə əldə edilmiş aktivlərin müəyyənləşdirilməsi, izlənilməsi, dondurulması, müsadirəsi və mənşə ölkəsinə qaytarılması istiqamətində əməkdaşlığın gücləndirilməsi Konvensiyanın mühüm məqsədlərindəndir.

Konvensiyanın imzalanması Azərbaycanın İƏT çərçivəsində antikorrupsiya əməkdaşlığının inkişafına, beynəlxalq hüquqi əlaqələrin genişləndirilməsinə və korrupsiya cinayətlərinin transsərhəd xarakterindən irəli gələn çağırışlara qarşı birgə mübarizənin gücləndirilməsinə verdiyi önəmin növbəti ifadəsidir.

Qeyd edək ki, Azərbaycanla yanaşı tədbir çərçivəsində Tacikistan Respublikası da konvensiyanı imzalayıb.

Son xəbərlər