Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:13 Bu rüsum 4 dəfə azaldılır | 11:48 Viski içib maşın sürdü, 7 yaşlı uşağı vurub öldürdü - Təfərrüat | 11:47 Bir cihazdan müxtəlif bank hesablarına giriş mümkün olmayacaq | 11:46 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib | 11:45 Gümüş kəskin ucuzlaşdı | 11:44 Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı dava ilə bağlı şikayət verildi | 11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər |
Mojo.az Avto
Mojo.az Avto

Baş Prokurorluğun nümayəndə heyəti ATƏT-in keçirdiyi konfransda iştirak edib

10.07.2020 13:11 1 401
Baş Prokurorluğun nümayəndə heyəti ATƏT-in keçirdiyi konfransda iştirak edib
İyul ayının 6-dan 7-dək Albaniya Respublikasının Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrliyi çərçivəsində “Zoom” proqramı vasitəsilə “Rəqəmsal erada yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizə: şəffaflıq, dürüstlük və cavabdehlik prinsiplərinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli konfrans keçirilib.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, Albaniyanın Baş naziri və Xarici İşlər naziri Edi Ramanın təşəbbüsü ilə keçirilən tədbirdə 100-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq və digər hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun rəhbərliyi ilə Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev və Təşkilati və informasiya təminatı idarəsinin böyük prokuroru Pirayə Səmədzadə-Əliyevadan ibarət nümayəndə heyəti tərəfindən təmsil edilib.

Avropa qitəsində təhlükəsizliyin təmin edilməsi üçün ATƏT-in həyata keçirdiyi üç əsas fəaliyyət istiqamətlərindən biri olan korrupsiyaya qarşı mübarizənin aktual məsələlərinə həsr olunan konfransda ATƏT-in Baş katibi Tomas Qreminger, Monteneqronun Dövlət idarəetmə naziri Suzana Pribilovic, Makedoniyanın Xarici İşlər naziri Nikola Dimitrov, İtaliya Deputatlar Palatasının üzvü Vittorio Ferraresi, Beynəlxalq Anti-Korrupsiya Akademiyasının dekanı Tomas Stelzer, Özbəkistanın Xarici İşlər nazirinin müavini Şerzod Asadov, Gürcüstanın Ədliyyə nazirinin müavini Qoça Lordkipanidze, İsveçrənin ATƏT, BMT və Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Volfqanq Amadeus Brülhart, eləcə də Avropa Şurasının rəhbər heyəti, bir sıra ölkənin ədliyyə nazirləri, korrupsiyaya qarşı mübarizə qurumlarının rəhbərləri və digər vətəndaş cəmiyyəti institutlarının üzvləri, həmçinin tanınmış elm xadimləri iştirak ediblər.

Konfrans zamanı təhlükəsizliyin, sabitliyin və iqtisadi inkişafın təşviqində yaxşı idarəçiliyin və korrupsiyaya qarşı mübarizənin rolu, bu sahədə əldə edilmiş müsbət təcrübə, ATƏT məkanında anti-korrupsiya strategiyası və anti-korrupsiya orqanları, eləcə də, informasiya texnologiyalarının yaratdığı imkanlar, korrupsiyaya qarşı mübarizədə məlumat verən şəxslərin, kütləvi informasiya vasitələrinin və vətəndaş cəmiyyətinin rolu, korrupsiya cinayətlərinin istintaqı zamanı beynəlxalq əməkdaşlıq və sair kimi məsələlər üzrə müzakirələr və faydalı fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Baş Prokurluğu cinayətkarlığın müxtəlif formaları, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı mübarizədə beynəlxalq təşkilatların tövsiyələrinin, müvafiq konvensiyaların müddəalarının yerinə yetirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin, elmi araşdırmaların aparılması, ikitərəfli və çoxtərəfli tədbirlərin keçirilməsi, habelə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, digər dövlətlərin hüquq-mühafizə orqanları və ixtisaslaşdırılmış anti-korrupsiya qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində öz fəaliyyətini davam etdirməkdədir.

Son xəbərlər