Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:43 Lənkəranın yeddi kəndində elektrik enerjisinin verilişi müvəqqəti dayandırıldı | 11:42 Analiz vermək adı ilə xəstəxanada keçmiş arvadını öldürən şəxsin işi Ali Məhkəmədə | 11:42 Azərbaycan nefti bahalaşıb | 11:41 Qubada qadını vurub öldürən sürücü tutuldu | 11:40 Çempionlar Liqasında bu gün hansı oyunlar var? - TƏQVİM | 11:34 Şirvanda gəncin əlində patron partladı: Ağır xəsarətlər alıb | 11:32 Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi | 11:25 Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur | 11:24 400 tondan artıq təhlükəli toyuq əti - 3 nəfər məsuliyyətə cəlb olunub | 11:16 Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu | 23:00 ABŞ Çin Avtomobillərinə Daimi Qadağa Hazırlayır | 22:53 Sumqayıtda gənc müəllim qəfil öldü | 22:48 Bahalı televizorlarda gözlənilməz nasazlıq: Ekranlarda tünd ləkələr yaranır | 22:40 Dekabrın ilk yarısında bürcləri nələr gözləyir? – Sevgi, iş və yeni fürsətlər | 22:35 Soyuq suda çimmək sağlamlıq üçün nə dərəcədə faydalıdır? – Həkimdən xəbərdarlıq | 22:27 17 illik ərinə xəyanət etdiyi üçün döyüldü | 22:22 "Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı | 22:14 Xəstəxananın şöbə müdiri dünyasını dəyişdi | 22:06 Türkiyədə zəlzələ oldu | 22:01 Azərbaycan Naxçıvanın dəmir yolu infrastrukturunu yeniləyir |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25.11.2026 11:32 177
Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi
İsveçdə yaşayan azərbaycanəsilli siyasətçi Turan Əliyev əhalisinin sayına görə ölkənin ikinci ən böyük regionu olan Vestra Hötalandın Logistika üzrə İdarə Heyətinin 2027-2030-cu illər üçün əsas üzvü seçilib. İsveçin 21 regionundan biri olan Vestra Hötaland 49 bələdiyyəni əhatə edir və təxminən 1,8 milyon nəfər əhalisi var.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, Logistika üzrə İdarə Heyəti regionun səhiyyə sisteminin fasiləsiz fəaliyyətinin təmin edilməsində mühüm strateji rol oynayan siyasi idarəetmə orqanıdır. Qurum xəstəxanaların və digər səhiyyə müəssisələrinin tibbi ləvazimatlar və zəruri məhsullarla vaxtında təmin edilməsinə, eləcə də anbar, daşınma və çatdırılma sistemlərinin fəaliyyətinə siyasi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə heyətinin vəzifələrinə böhran və müharibə şəraitində səhiyyə müəssisələrinin fasiləsiz təchizatının təmin edilməsinə hazırlığın gücləndirilməsi, ayrılmış büdcə vəsaitindən səmərəli istifadə olunması və göstərilən xidmətlərin keyfiyyətinə nəzarət də daxildir. Həmçinin təchizat proseslərində ekoloji dayanıqlılığın təmin edilməsinə və resurslardan qənaətlə istifadəyə xüsusi diqqət yetirilir. İdarə heyətinin siyasi nəzarəti altında fəaliyyət göstərən təchizat idarəsində təxminən 1500 əməkdaş çalışır.

Qeyd edək ki, İsveçin Partille şəhərinin Bələdiyyə Şurası həmyerlimiz Turan Əliyevi Mədəniyyət və Asudə Vaxt Komitəsinin sədrinin birinci müavini seçib. O, 2027-ci il yanvarın 1-dən vəzifəsinin icrasına başlayacaq və 2030-cu ilin sonunadək bu vəzifədə çalışacaq. T.Əliyev, həmçinin Partille Bələdiyyə Şurasının deputatıdır və İsveçin Mərkəz Partiyasını təmsil edir.

Son xəbərlər