Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Tibb işçilərinin əmək haqları artırılacaq - VİDEO

16.04.2019 23:17 3 007
Tibb işçilərinin əmək haqları artırılacaq - VİDEO
Xəstəxanaların bütün ölkə üzrə icbari tibbi sığortaya keçidi ilə bağlı ciddi hazırlıq gedir.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Səhiyyə İşinin Təşkili Departamentinin şöbə müdiri Şərafət İsmayılova deyib ki, 2020-ci ildən etibarən bütün ölkə üzrə icbari tibbi sığortanın həyata keçirilməsi nəzərdə tutulub. 2019-cu il isə icbari tibbi sığortaya hazırılıq ili elan olunub. Bu məqsədlə də mütəmadi şəkildə tibb müəssisələrinin rəhbərləri ilə görüşlər keçirilir. Sonuncu belə görüş bir neçə gün əvvəl təşkil edilib və tədbirdə Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev və 160-a yaxın dövlət tibb müəssisəsinin rəhbərləri iştirak edib. Əsas müzakirə mövzusu isə xəstəxanaların ilkin qiymətləndirilməsi olub.

Şərafət İsmayılovanın sözlərinə görə, 2020-ci ildən xəstəxanalarda yeni keyfiyyət standartlarının tətbiqi də həyata keçiriləcək.

Agentlik rəsmisi qeyd edib ki, bölgələrdəki tibb müəssisələrinin də keyfiyyətli kadrlarla təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Hazırda Agentlikdə tibb işçilərinin əmək haqlarının artırlması ilə bağlı sənədlər üzərində iş gedir.

Son xəbərlər