Mojo.az Banner
13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı xəstəxanalarından oğurluq: Həkimlərin brilyant üzüyü, pulları, əl çantaları aparılıb

13.03.2024 12:03 1 083
Bakı xəstəxanalarından oğurluq: Həkimlərin brilyant üzüyü, pulları, əl çantaları aparılıb
Bakının Yasamal rayonunda yerləşən xəstəxana və poliklinikalardan oğurluq edən şəxsə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, 1976-cı il təvəllüdlü Elvin Həsənov (ad-soyad şərti) Yasamal rayonunda yerləşən 19 saylı şəhər poliklinikasında, Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində, Yasamal rayonu, Xəlil Rza küçəsində yerləşən 1 nömrəli Şəhər Dəri Zöhrəvi Dispanserində həkimlər və xidməti işçilərin otaqlarına daxil olaraq əl çantalarını oğurlayıb.

Təqsirləndirilən şəxs oğurluğu xəstəxanalara pasiyent kimi daxil olmaqla törədib. O, 19 saylı şəhər poliklinikasında həkimin iş otağına daxil olaraq içərisində 400 manat nağd pul, 300 manat dəyərində 100 qramlıq qadın ətri, 80 manat dəyərində dodaq boyası, 150 manat dəyərində günəş eynəyi, 150 manat dəyərində pul kisəsi olan 600 manatlıq əl çantasını oğurlayıb.

1 nömrəli Şəhər Dəri Zöhrəvi Dispanserində xanım həkimin xidməti otağına qapının açıq olmasından istifadə etməklə saxlanc yerinə daxil olaraq, sonuncuya məxsus masanın yanına qoyulmuş içərisində 1000 manat pul olan 100 manat dəyərində əl çantasını aparıb.

Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində tibb işçisinə məxsus içərisində 300 ABŞ dolları, 105 avro, 15 manat pul, 1000 manat dəyərində brilyant qaşlı 750 əyarlı qızıl üzük, 1 dəst 400 manat dəyərində 585 əyarlı qaşsız halqa formalı sırğa, 1 ədəd 200 manat dəyərində ətir, 1 ədəd 110 manat dəyərində kosmetika dəsti olan 190 manat dəyərində əl çantasını oğurlayıb.

Məhkəmənin qərarı ilə Elvin Həsənov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.скачать dle 11.3
Mojo.az Banner