Mojo.az Banner
17:06 Şindan qalasında yeni izlər müəyyən edilib  |     17:00 Viktor Yuşenko Şəhidlər xiyabanını ziyarət edib və Azərbaycanın Milli Qəhrəmanının xatirəsini anıb  |     16:58 Binəqədidə baş verən yanğın məhdudlaşdırılıb  |     16:52 AFFA-da vəzifəli şəxslər işdən çıxarıldılar  |     16:46 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə QAZ OLMAYACAQ  |     16:28 Rusiya ordusu iki yaşayış məntəqəsini nəzarətə götürüb  |     16:24 "Qarabağ" onları avroliqadan kənarlaşdıran futbolçunu transfer etmək istəyir  |     15:59 Hacıqabulda 19 yaşlı qadın maşında qətlə yetirildi: Qardaşı tutuldu  |     15:50 Vəkil Elşad Məmmədov saxlanıldı - FOTO  |     15:21 Azərbaycanın dövlət borcu nə qədər olub?  |     14:51 Yeri qəfil maqnit qasırğası bürüdü: Dalğalanma hansı səviyyəyə çatacaq?  |     13:44 Sabah leysan olacaq  |     13:38 Rusiya səfiri Azərbaycan XİN-ə çağırılıb  |     13:19 Arvadını öldürən şəxs: "Bizim kinomuz bura qədər idi" deyərək ona çox sayda bıçaq zərbəsi endirdim"  |     13:16 Bakının "Milyonerlər məhəlləsi" adlanan ərazisində yanğın başlayıb - VİDEO  |     13:10 Baş nazirdən Müdafiə Nazirliyinin mülki işçilərinin əməkhaqqıları ilə bağlı QƏRAR  |     12:46 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:41 Lənkəranda narkotik bitkilər yetişdirən 3 nəfər həbs edildi  |     12:40 Generalın oğlu vəzifəsindən azad edildi  |     12:22 Benzinlə bağlı mühüm açıqlama: Qiymətlər…  |    
Left Banner
Right Banner

Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi

22.09.2025 17:54 462
Sinif yoldaşının evinə qonaq getdi, oğurluq etdi
Bakıda qonaq getdiyi evdən oğurluq edən şəxsə hökm oxunub.

Median.Az
"Qaynarinfo"ya istinadla xəbər verir ki, T.R. sinif yoldaşı olmuş M.X.-nin evinə qonaq gedib. Ev yiyəsinin başının qarışıq olmasından istifadə edərək paltar dolabını açıb və oradan zərərçəkmişə məxsus bir ədəd ümumi dəyəri 3 800 manat təşkil edən brilyant qaşlı kulonlu qızıl boyunbağını, dəyəri 210 manat təşkil edən bir cüt qızıl sırğanı və dəyəri 800 manat olan bir ədəd "Tiffany" modelli qızıl boyunbağını oğurlayıb.

T.R. bununla kifayətlənməyib. M.X. evdə olmayan zaman hansısa yolla mənzilə daxil olaraq yenidən oğurluq edib. Bu dəfə zərərçəkmişə məxsus çəkisi 1 475 manat dəyərində bir ədəd qızıl qolbaq, dəyəri 880 manat olan bir ədəd qızıl kulon, dəyəri 1 050 manat olan bir cüt qızıl sırğa, dəyəri 660 manat olan bir ədəd qızıl üzük, dəyəri 1 925 manat olan bir ədəd qızıl boyunbağı və dəyəri 1 210 manat olan bir cüt qızıl sırğa oğurlayıb. O, zərərçəkmişə, ümumilikdə, 12 010 manat ziyan vurub.

Hüquq-mühafizə orqanlarına edilən müraciət əsasında T.R. şübhəli şəxs qismində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.2 (Oğurluq - təkrar törədildikdə ), 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham elan edilib.

Cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. T.R. verilmiş ittiham üzrə özünü təqsirli bilib. Məhkəmə prosesi zamanı məlum olub ki, dəymiş zərərin bir hissəsi ödənilib.

Məhkəmənin hökmü ilə T.R.-ə bir il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində saxlanıldığı iki gün müddət bir günə iki gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Məhkəmə hökm verərkən təqsirləndirilən şəxsin yetkinlik yaşına çatmadığını, zərərin bir hissəsinin ödənildiyini və digər yüngülləşdirici halları nəzərə alıb.скачать dle 11.3
Mojo.az Banner