Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Mağazadan qızıl oğurladı, taksi sürücüsünü çəkiclə hədələdi

04.02.2025 17:27 1 503
Mağazadan qızıl oğurladı, taksi sürücüsünü çəkiclə hədələdi
Bakıda qızıl mağazasından oğurluq edən şəxsə hökm oxunub.

Median.Az
"Qaynarinfo"a istinadla xəbər verir ki, hadisə Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib.

Belə ki, 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş S.Fərhad 10 aprel 2024-cü il tarixində qızıl mağazasına müştəri kimi daxil olub. 3-4 saat mağazada qızılların şəkilini çəkib, guya yaxınlarına göndərdiyini bildirib.

Sonuncu dəfə mağazaya daxil olaraq piştaxtanın üstündə qalmış 2 ədəd qızıl boyunbağı, 2 ədəd qızıl qolbaq, 1 ədəd qızıl üzük, 4 ədəd qızıl sırğa, 10 ədəd brilyant şəffaf qaşları olan gümüşü rəngli metaldan olan deformasiyalı üzüyü götürərək mağazadan qaçıb.

Təqsirləndirilən şəxs ərazidə olan taksi sürücüsünün avtomobilinə minib. O, sürücünü əlindəki bıçaq və çəkiclə hədələyərək, təcili sürməsini tələb edib. Taksi sürücüsü Fərhada güc tətbiq edərək əlindəki bıçaq və çəkici alıb. Daha sonra polislər hadisə yerinə yaxınlaşaraq, Fərhadı saxlayıblar.

Məhkəmənin qərarı ilə Fərhad Cinayət Məcəlləsinin 181.2.5-ci maddəsi ilə təqsirləndirilərək, 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.скачать dle 11.3

Son xəbərlər