Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

Kərə yağının qiyməti artdı: Səbəb nədir?

27.01.2026 19:30 552
Kərə yağının qiyməti artdı: Səbəb nədir?
Məlum olduğu ki, yanvarın 1-dən Azərbaycanda kərə yağının idxal rüsumu 5 faizdən dən 15 faizə qaldırılıb. 
 
Median.Az bildirir ki, idxal rüsumunun artırılmasının kərə yağı qiymətlərinə də təsir edəcəyi ehtimal olunur. Məlumata görə, artıq bu həftədən etibarən bir sıra kərə yağlarının qiymətlərində artım, dəyişiklik var. Belə ki, 1 manat 50 qəpiklə 3 manat aralığında qiymət artımı yaşanır.
 
Maraqlıdır, kərə yağının qiymət artımına səbəb nədir?
 
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Hit.az-a açıqlamasında deyib ki, qiymət artımının əsas səbəbi kərə yağının idxal rüsumunun 5 faizdən 15 faizə qaldırılmasıdır:
 
"Azərbaycan bazarında satılan kərə yağlarının böyük hissəsi idxal olunduğu üçün rüsum artımı birbaşa maya dəyərini yüksəldir. İdxalçılar və satıcılar artan xərcləri qiymətə əlavə etməyə məcbur qalırlar".
 
Ekspert digər səbəblərdən də bəhs edib:
"Həmçinin, yerli istehsalın tələbatı ödəməməsi, dünya bazarında kərə yağı qiymətlərinin yüksəlməsi və logistika xərclərinin artması da qiymətlərin qalxmasına təsir edir. Əslində, rüsum dəyişikliyinin təsiri dərhal yox, əvvəlki ehtiyatlar tükəndikdən sonra hiss olunduğu üçün qiymət artımı qarşıdakı aylarda daha aydın görünməyə başlayıb".//sfera.az

Son xəbərlər