Simonyan dekabrda Azərbaycana səfər edəcək: Hansı məsələlər müzakirə olunacaq?
Alen Simonyan dekabrda Azərbaycana planlaşdırılan səfəri zamanı müzakirə olunacaq məsələlərin gündəliyinin əvvəlki görüşlərdən ciddi şəkildə fərqlənməyəcəyini bildirib.
Median.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Alen Simonyan bunu Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən "Sülh körpüsü" təşəbbüsünün V görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Bunlar daim müzakirə etdiyimiz məsələlərdir, gündəlik çox da fərqlənməyəcək. Həmkarımız Ermənistana gəlmişdi, indi növbə bizimdir. Mən gedəcəyəm və növbəti görüşün vaxtı barədə də razılığa gələcəyik. Belə görüşlərdə çoxsaylı məsələləri müzakirə edirik, gündəlikdə, əsasən, eyni mövzular yer alır", - deyə o vurğulayıb.
Ermənistanla Azərbaycan arasında iqtisadi əməkdaşlıq imkanlarına toxunan Simonyan iki ölkənin kənd təsərrüfatı sahəsində oxşar cəhətlərinin olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycanın neft və qaz ehtiyatları ölkəyə müəyyən üstünlüklər verir. Simonyan hesab edir ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq Ermənistanı beynəlxalq təşkilatlar üçün də cəlbedici edə bilər.
"Azərbaycanla Ermənistan arasında əməkdaşlığın əsas sütunlarından biri yoldur", - deyə o qeyd edib.
Ermənistan ekspert qrupunun koordinatoru Areq Koçinyan isə təşəbbüsün V görüşü çərçivəsində keçirilən brifinqdə bildirib ki, "Sülh körpüsü" təşəbbüsü çərçivəsində aparılan dialoq keçmiş münaqişə, düşmənçilik və nifrət məsələlərinin müzakirəsi ilə yanaşı, sülh şəraitində gələcəyə yönəlmiş yeni reallıqların formalaşdırılmasını hədəfləyir.
O vurğulayıb ki, təşəbbüs iki ölkənin vətəndaş cəmiyyətləri arasında dialoq formatıdır və danışıqlar prosesi kimi qiymətləndirilməməlidir. Koçinyanın sözlərinə görə, dialoq zamanı keçmişi unutmaqdan və ya tarixi dəyişdirməkdən deyil, gələcəyə yönəlmiş yeni gündəliyin formalaşdırılmasından söhbət gedir.
Görüşün gündəliyinə toxunan Koçinyan geniş spektrli məsələlərin müzakirə olunduğunu bildirib. Bunlara cari ilin aprelində keçirilən əvvəlki görüşdən sonra baş verən hadisələr, hər iki cəmiyyətdə narahatlıq doğuran mövzular, eləcə də iki ölkəni sülhə və münasibətlərin normallaşmasına obyektiv şəkildə yaxınlaşdıran proseslər daxildir.//oxu.az