Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU

11.08.2026 19:27 360
Gəncədə restorandakı qətllə bağlı 7 nəfər HƏBS OLUNDU
Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub.

Median.Az
Lent.az-a istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə obyektində xuliqanlıq əməllərinə yol vermələridir.

Məlumata əsasən, qətl hadisəsi baş verəndən dərhal sonra hüquq-mühafizə orqanlarının əməkdaşları "Günəş" restoranına gəliblər. Polis əməkdaşı qətlin şahidi olan bu gəncləri prokurorluğa ifadə verməyə çağırıb. Lakin onlar üzrlü səbəbləri olmadığı halda ifadə verməkdən boyun qaçırıblar və polisin qanuni tələbinə məhəl qoymayıblar.

Nəticədə həmin gün "Günəş" restoranında doğum günü qeyd edilən 24 yaşlı şəxs, həmçinin onunla birgə məclisə gələn 26, 23, 31, 21 və ikisi 28 yaşlı olan dostları saxlanılaraq, polis şöbəsinə aparılıblar. Onların hər biri barəsində müvafiq protokollar tərtib olunub.

Saxlanılan şəxslərin hər biri hadisə zamanı sərxoş olduqlarını deyiblər. Həmçinin dostlar əməllərindən peşman olduqlarını bildirərək, barələrində yüngül cəza verilməsini istəyiblər.

Məhkəmənin qərarı ilə ad günü olan şəxs özü 25, onun 23 yaşlı bir dostu 5 gün müddətinə, qalan 5 nəfərin hər biri isə 15 gün müddətinə inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, hadisə avqustun 6-da Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən "Günəş" restoranında baş verib. Ad günü məclisinə yığışan dostlarla yan otaqdakı şəxslər arasında mübahisə baş verib. Mübahisə zamanı 43 yaşlı Asif Yusifov aldığı bıçaq xəsarətlərindən ölüb. Cinayəti törətməkdə şübhəli bilinən 20 yaşlı M.Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılıb.скачать dle 11.3

Son xəbərlər