Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

Oğuzda kafedə tək qalan oğlan qolunu kəsdi, həbs olundu

24.10.2025 20:15 594
Oğuzda kafedə tək qalan oğlan qolunu kəsdi, həbs olundu
Oğuzda kafedə insident törədən gənc həbs olunub.

Median.Az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisindəki kafelərdən birində qeydə alınıb.
Burada dostları ilə yeyib-içən 21 yaşlı Tural Abbaszadə (adı və soyadı şərtidir) sərxoş halda naməlum səbəbdən əsəbiləşərək, boşqabı sındırıb və nəticədə qolu kəsilib.

Hadisə yerinə gələn polis əməkdaşları Turalı şöbəyə aparıblar.

Tural Abbaszadə ifadəsində bildirib ki, həmin gün həddən artıq sərxoş olub:
"Dostlarımla kafedə spirtli içki qəbul etdik. Sonra uşaqlar siqaret çəkmək üçün bayıra çıxdılar. Mən tək qaldım. Bu zaman içkinin təsiri altında olduğum üçün əsəbiləşib əlimi masaya çırpdım. Nəticədə boşqab sındı və qolum kəsildi. Qolumdan qan axırdı. Bundan sonra ünvansız uca səslə söyüşlər söydüm. Polis əməkdaşları gələndə isə onların tələbinə tabe olmadım, xidməti avtomobilə minəndən sonra düşüb qaçmağa cəhd etdim. Amma məni yenə tutaraq, maşına mindirdilər. Sərxoş olduğumdan özümdə deyildim, buna görə də məhkəmədən qanunla güzəşt olunmasını xahiş edirəm".
Bu əməlinə görə, Tural barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.
Oğuz Rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə Tural Abbaszadə barəsində 15 gün müddətinə inzibati həbs cəzası verilib.

Son xəbərlər