Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:02 Ronaldo milli karyerasını bitirdi (AÇIQLAMA) | 14:49 Ermənistan Parlamenti TRIPP layihəsi ilə bağlı növbədənkənar iclas keçirəcək | 14:46 Məcəlləyə dəyişiklik: Kim Azərbaycanın vergi rezidenti hesab ediləcək? | 14:39 Bakıda bu avtobuslar YENİLƏNİR | 14:34 Bakı və Abşeronda sərt hava xəbərdarlığı: Qurumlar hansı tədbirləri görürlər? | 14:27 Bayram günlərində işləyənlərə əlavə əməkhaqqı necə hesablanmalıdır? – AÇIQLAMA | 14:25 Saatlıq əməkhaqqı sistemi tətbiq oluna bilər: Kimlərə şamil ediləcək? | 14:23 Paşinyanın Türkiyəyə səfəri planlaşdırılır | 14:23 Mövsümi işçilərlə bağlı yeni qayda təklif olunur | 14:13 Daha bir rüsumun ləğvi təklif olunur | 13:54 Rəcəb Tayyib Ərdoğandan Azərbaycana gözlənilən səfəri ilə bağlı açıqlama (Yenilənib) | 13:46 Uşaq pulu olmadan demoqrafik artıma nail olmaq çətindir – EKSPERT | 13:32 Nigar Fərhadın əri yenidən həbs olundu | 13:22 Lotereya və idman mərc oyunları üçün yeni vergi qaydaları təklif edilir | 13:22 DTX dron vasitəsilə narkotik vasitələrinin qaçaqmalçılığını edənləri yaxaladı | 13:21 Kənd təsərrüfatında vergitutma qaydaları dəyişir | 13:14 Avtomobil sənayesi üçün yeni güzəşt | 13:13 Azərbaycanda ikinci əl mənzillərin satışı ilə bağlı yenilik | 13:04 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda | 13:00 İkinci əl avtomobil satanların nəzərinə: Qaydalar dəyişir |
Mojo.az Avto
Mojo.az Avto

"Sherlock"da hesab üstündə dava - Xanım müştəri həbs edildi

03.06.2025 13:53 843
Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində yerləşən "Sherlock Music Pub" iaşə obyektində insident baş verib.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, gecə saat 00:30 radələrində restoranda bir qrup müştəri arasında dava-dalaş düşüb.

Belə ki, sərxoş halda olan gənc qadın digər masada əyləşən şəxsi uca səslə söyməyə başlayıb, səs-küy salaraq obyektin fəaliyyətini pozub.

Hadisə yerinə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinin əməkdaşları gəlib. Lakin həmin qadın hərəkətlərinə davam edərək tabesizlik göstərməyə davam edib.

Saxlanılaraq şöbəyə aparılan qadının Xaçmaz rayonu Xudat şəhər sakini 1987-ci il təvəllüdlü N. İsmayılova olması müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən 38 yaşlı qadın yan masada olan kişinin onun hesabını ödəmək istəməsinə görə əsəbiləşdiyini deyib: "Həmin vaxt "Sherlock" restoranında bir müddət istirahət etmişdim, yeyib-içib, spirtli içki qəbul etmişdim. Daha sonra isə hesab üstündə dava düşdü. Belə ki, mənim hesabımı yan masada əyləşən tanımadığım şəxs ödəmək istəyirdi, mən isə bununla razılaşmadım, nəticədə mübahisə yarandı. Sonra polis əməkdaşları şöbəyə gətirdi, törətdiyim əməldən peşmanam".

Nizami Rayon Məhkəməsinin qərarı ilə N. İsmayılovaya 5 sutkalıq inzibati həbs verilib və o, müvəqqəti saxlanma yerinə yerləşdirilib.

Son xəbərlər