Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:57 Fuad Allahverdiyevi şantajda təqsirləndirilən keçmiş xanımı azadlığa buraxıldı | 17:56 İlham Əliyevin sosial şəbəkə hesablarında Maka Boçorişvilini qəbuluna dair videoçarx paylaşılıb | 17:54 18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - Siyahı | 17:45 Azərbaycanda daha 90 mənzil satışa çıxarılır: Aylıq ödənişlər 445 manatdan başlayır | 17:43 Məhkəmə qərarından yayınan keçmiş hakim cərimələndi | 17:41 Küləyin sürəti artacaq - Xəbərdarlıq | 17:30 Prezident İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib | 17:28 Sənədsiz ev alanların sayı azalır – SƏBƏBİ AÇIQLANDI | 17:26 Azərbaycanlı güləşçinin qanında qadağan olunmuş maddə tapıldı | 17:25 Gənclərin çağırışaqədərki hazırlığı ilə bağlı yeni qaydalar təsdiqləndi | 17:23 Ramiz Mehdiyevin oğlu və kürəkəni Əli Kərimlinin məhkəməsində ifadə verdilər | 16:59 Bakıda tanınmış iş adamı vəfat etdi | 16:51 Dövlət sərhədini pozan Əfqanıstan vətəndaşlarına hökm oxundu | 16:51 Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulacaq | 16:36 Tanınmış türkiyəli müğənni faciəli şəkildə öldü | 16:34 Temperatur 5 dərəcə enəcək, intensiv yağış yağacaq - Xəbərdarlıq | 14:34 Sabiq nazirə məxsus olduğu deyilən milyonluq şirkətin əmlakı satışa çıxarılır | 14:23 Metronun iş vaxtı dəyişdirilir | 13:53 Azərbaycanda vəzifəli şəxslərə yeni məhdudiyyətlər qoyulur | 13:22 Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ |
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş hakim azadlığa buraxıldı, 214 min manatlıq ziyanı ÖDƏMƏDİ - YENİDƏN məhkəmə qarşısına çıxacaq

28.02.2025 19:42 924
Keçmiş hakim azadlığa buraxıldı, 214 min manatlıq ziyanı ÖDƏMƏDİ - YENİDƏN məhkəmə qarşısına çıxacaq
Dələduzluqda təqsirli bilinərək dörd il altı aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılandan sonra yenidən məhkəməyə verilib.

Keçmiş hakimi məhkəməyə iş üzrə əsas zərərçəkmiş Azad İbrahimov verib.

A.İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarından narazıdır:

"Buna görə də Bakı Apellyasiya Məhkəməsinə şikayət vermişəm. Zərərçəkmiş kimi məhkəməyə dəvət olunmadım və mənə dəymiş zərər ödənmədi. Bakı Apellyasiya Məhkəməsi Lətif Nəbiyevin mənə 214 258 manat ödəməli olduğu barədə qərar çıxarıb. Niyə üç il öncə qəbul edilmiş qərar olan mülki iddiam icra olunmur? Həmçinin Lətif Nəbiyev niyə vaxtından əvvəl azadlığa buraxılıb?

4 mart tarixində, saat 11:30-da Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə yeni məhkəmə olacaq".

Son xəbərlər