Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |     11:44 İlham Əliyev çexiyalı həmkarına məktub göndərdi  |     11:43 Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"  |     11:37 Azərbaycan nefti ucuzlaşıb  |     11:34 Bərdədə müəllimə "TikTok"dakı təhqirə görə cəzalandırıldı  |     11:33 İlon Maskın "SpaceX" şirkəti Ukraynanın yeni peykini orbitə çıxardı  |     11:28 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü (Yenilənib)  |     11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş hakim 214 min manatlıq ziyanı ödəmədən AZADLIĞA BURAXILIB - FOTO

27.01.2025 14:47 933
Keçmiş hakim 214 min manatlıq ziyanı ödəmədən AZADLIĞA BURAXILIB - FOTO
Dələduzluqda təqsirli bilinərək dörd il altı aylıq həbsə məhkum edilmiş keçmiş məhkəmə hakimi Lətif Nəbiyev vaxtından əvvəl azadlığa buraxılıb.

Bu barədə Xəzər Rayon Məhkəməsi qərar qəbul edib.

Yayılan məlumatlara görə, məhkum şəxs hökm qanuni qüvvəyə minəndən sonra zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib, onlarla barışıq əldə edib. Bundan əlavə, cəzadan azad edilmək üçün dövlət büdcəsinə ziyanın 25 faizi qədər ödəniş də edib.

Hakim bunu nəzərə alaraq, qanunun müvafiq maddəsinə əsasən qərar verib. Qərara əsasən, Lətif Nəbiyev vaxtından əvvəl cəzaçəkmədən azad edilib. O, cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.




Oxu.az-ın əməkdaşı məsələni dəqiqləşdirmək üçün zərərçəkmiş tərəflərdən biri ilə əlaqə saxlayıb.

İş üzrə əsas zərərçəkmiş Azad İbrahimov oxu.az-a açıqlamasında dəymiş ziyanın ödənilmədiyini bildirib:

"Lətif Nəbiyev mənə 247 400 ABŞ dolları ziyan vurub, pulumu mənimsəyib. Məhkəmə şikayətimi qismən təmin edib. Yəni məhkəmə Lətif Nəbiyevin mənə 214 258 manat ödəməli olduğu barədə qərar çıxarıb. Xəbərləri indi gördüm, yazılıb ki, "zərərçəkmişlərə dəymiş ziyanı tam ödəyib". Zərərçəkmişlərdən biri də mənəm. Mənə bir qəpik də ödəməyib".

Əldə etdiyimiz məlumata görə, eyni iş üzrə digər zərərçəkmiş Rüstəm Abdullayevə dəymiş ziyan tam ödənilib və barışıq əldə edilib.

Qeyd edək ki, L.Nəbiyev Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi işləyib. Bir neçə nəfərin külli miqdarda pulunu dələduzluqla ələ keçirdiyi üçün üç il əvvəl həbs edilmişdi.

Son xəbərlər