Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Ötən il həbs edilən cərrah azadlığa buraxıldı

27.08.2025 22:17 525
Ötən il həbs edilən cərrah azadlığa buraxıldı
Külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 3 il 6 aylıq həbsə məhkum edilmiş cərrah Azad Hüseynzadə azadlığa buraxılıb.

Ali Məhkəmə belə qərar qəbul edib.

Hakimlər 67 yaşlı məhkumun cəmiyyətdən təcrid olunmadan da islah ola biləcəyini əsas gətirib. Bundan əlavə, onun 1-ci və 2-ci Qarabağ müharibələrində ön cəbhədə iştirak etməsi və yaşı da müstəsna hal kimi nəzərə alınıb.

Qərara əsasən, Azad Hüseynzadənin qalan 17 aylıq cəza müddəti şərti hesab edilib və o, dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, A.Hüseynzadə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işləyib. O, əməliyyat etdiyi qadının ölümündən sonra cinayət məsuliyyətinə cəlb edilib. Prokurorluqda aparılan araşdırma nəticəsində cərrahın korrupsiya cinayətinin də üstü açılıb.

Bu iş üzrə son 2 ildə müxtəlif instansiyalar fərqli qərarlar çıxarıb. Belə ki, 2023-cü ilin yayında A.Hüseynzadəyə xəstənin ölümünə səbəb olma maddəsindən bəraət verilib. O, külli miqdarda rüşvət almaqda təqsirli bilinərək məhkəmə zalında 3 il 6 aylıq həbs olunub. Dörd ay sonra isə apellyasiya instansiyası onu azadlığa buraxıb. Lakin həmin qərar da prokurorun protesti ilə ləğv edilir. 2024-cü ilin avqustunda apellyasiya instansiyası cərrahı yenidən əvvəl təyin edilmiş müddətə həbsə göndərib.скачать dle 11.3
Mojo.az Banner