Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Xəstənin ölümündə günahlandırılan həkim yenidən azadlığa buraxıldı

27.08.2025 11:53 1 647
Xəstənin ölümündə günahlandırılan həkim yenidən azadlığa buraxıldı
Ali Məhkəmədə səhlənkarlıqda və rüşvətalmada tərqsirlədirilən Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrahı Azad Hüseynzadənin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Şirvan Apellyasiya Məhkəməsinin qərarı kassasiya şikayətinə münasibətdə cəzaya aid hissədə dəyişdirilib və ona şərti cəza verilib. Azad Hüseynzadə azad olunub.

Xatırladaq ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azad Hüseynzadəyə 3 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdu. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətləri təmin olunmamışdı. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdi. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin (CM) 311.3.2-ci (rüşvətalma) maddəsi ilə təqsirli bilinməsinə aid hissədə dəyişdirilmişdi.

Belə ki, Azad Hüseynzadənin əməli CM-in 311.3.2-ci maddəsindən CM-in 178.2.2 (dələduzluq) və 178.2.3-cü maddələrinə tövsif edilmiş və o, CM-in 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinmişdi. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə və vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə CM-in 73-1.2-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət təqibinə xitam verilmişdi. Azad Hüseynzadənin barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən dərhal azad olunmuşdu. Ali Məhkəmə isə kassasiya protestinə əsasən, ləğv edilməsi və cinayət işinin həmin hissədə apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini qərara almışdı. Şirvan Apellyasiya Məhkəməsinin qərarına əsasən, Azad Hüseynzadə 3 il 1 ay 20 gün müddətə azadlıqdan məhrum edilmişdi.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Füzuli rayonu, Araz Dilağarda kənd sakini Gülnar Ağakişiyeva və Beyləqan rayonu, Dünyamalılar kənd sakini İncibəyim Məmmədquliyevanın Füzuli Rayon Mərkəzi Xəstəxanasının həkim-ümumi cərrah vəzifəsində işləyən Azad Hüseynzadənin ayrı-ayrı vaxtlarda cərrahi əməliyyat zamanı etdiyi səhv nəticəsində Gülnar Ağakişiyevanın səhhətində fəsadların yaranması, İncibəyim Məmmədquliyevanın isə ölməsi ilə bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Azad Hüseynzadə CM-in 314.2 (səhlənkarlıq - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 311.3.2-ci (rüşvətalma - təkrar törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan olunmuş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdi.скачать dle 11.3
Mojo.az Banner