Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

“Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı”

06.11.2026 18:22 285
“Vətən müharibəsi Cənubi Qafqazda yeni reallıqlar yaratdı”
8 Noyabr – Zəfər Günü Azərbaycanın müasir tarixində mühüm yer tutur. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə ölkənin ərazi bütövlüyünün bərpası ilə yanaşı, regionda yeni siyasi reallıqların formalaşmasına da səbəb olub. Bu tarixdən sonra Cənubi Qafqazda siyasi münasibətlər, təhlükəsizlik məsələləri və Azərbaycanın regional mövqeyi yeni mərhələyə qədəm qoyub. 44 günlük Vətən müharibəsində əldə olunan Qələbə Azərbaycanın regiondakı geosiyasi mövqeyini necə dəyişdi?

Politoloq Məhəmməd Əsədullazadə Median.Az-a açıqlamasında deyib ki, 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı və Cənubi Qafqazda yeni geosiyasi və iqtisadi reallıqlar formalaşdı:
“Azərbaycanın 2023-cü ildə öz suverenliyini tam bərpa etməsi isə bu prosesin yalnız Cənubi Qafqazla məhdudlaşmadığını, Mərkəzi Asiyaya qədər uzandığını göstərdi. Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, böyük dövlətlərin Cənubi Qafqaza marağının artması və regionda nəqliyyat əməkdaşlığının genişlənməsi yeni imkanlar yaratdı. Zəngəzur dəhlizi də məhz İkinci Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə nəticələnməsindən sonra gündəmə gələn mühüm meqalayihələrdən biridir. Bu proseslər Azərbaycanın regionda əsas söz sahiblərindən birinə çevrilməsinə və orta güc statusunun möhkəmlənməsinə şərait yaratdı. İkinci Qarabağ müharibəsinin nəticələri Azərbaycanın Cənubi Qafqazın siyasi gündəmini və mövcud siyasi nizamını dəyişdirməsi ilə yadda qaldı”.
O qeyd edib ki, Mərkəzi Asiya ölkələrinin Qərblə əlaqələrinin genişlənməsi, Xəzər regionunda yeni nəqliyyat və iqtisadi əməkdaşlıq imkanlarının yaranması daha geniş coğrafiyada siyasi-iqtisadi əlaqələrin formalaşmasına təkan verdi:
“Bu proseslər regionda sülhün və iqtisadi əməkdaşlığın inkişafı üçün də yeni perspektivlər açdı. Xüsusilə Ermənistanın Rusiyanın təsir dairəsindən uzaqlaşaraq alternativ siyasi və iqtisadi əlaqələr qurmağa başlaması diqqətəlayiq məqamlardandır. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Cənubi Qafqazda yeni siyasi-iqtisadi reallıqların yaranmasına və regionun mühüm nəqliyyat-logistika mərkəzinə çevrilməsi istiqamətində proseslərin sürətlənməsinə səbəb oldu”.

Son xəbərlər