Mojo.az Banner
23:01 Çəki gedir, bəs sağlamlıq? – Mədəkiçiltmə əməliyyatının təhlükəli tərəfləri  |     22:54 Nazir onu direktor TƏYİN ETDİ  |     22:48 Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA  |     22:34 Biləsuvarda mübahisə ölümlə nəticələndi: 16 yaşlı oğlan saxlanıldı  |     22:26 Səudiyyə Ərəbistanında neftayırma zavoduna PUA HÜCUMU  |     22:16 Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb  |     22:03 Liftdən istifadə ömrümüzü qısaldır  |     21:58 Doktorantlara hansı hallarda hərbi möhlət verilir? - Rəsmi cavab  |     21:50 “Həzi Aslanov” nə vaxt açılacaq?  |     21:42 Məktəbli formalarının qiymətləri açıqlandı – RƏSMİ  |     21:37 Arıqlama dərmanları təhlükəlidir ? - Bu problemlə üzləşə bilərsiniz  |     21:30 "Bu, qatarlar arasında intervalı azaldacaq"  |     21:25 Azərbaycandakı "Qocalar ev"ində yaşayanların sayı azalıb  |     21:18 Qriqoryan həbs edilmək üçün saxlanıldı  |     21:11 “Şəfa” fransalı futbolçunu heyətinə qatdı  |     21:05 Azyaşlılar üçün ingilis dili imtahanına qeydiyyat başladı  |     20:39 Rusiya Ermənistana şərt qoydu  |     20:33 Xaricdən gətirilən bitki yağlarında təhlükəli maddə tapıldı  |     20:13 Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev"ə qarşı: Oyun başladı - CANLI YAYIM  |     20:02 Kəlbəcərdə mina partladı: Xəsarət alan var  |    
Left Banner
Right Banner

İlham Əliyev: "Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb"

22.11.2024 17:28 1 413
İlham Əliyev:
"Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə Cənubi Qafqazda dayanıqlı sülh, davamlı sabitlik və etibarlı təhlükəsizlik üçün əlverişli şərait, eyni zamanda, daha geniş coğrafiyada yeni əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm imkanlar yaratmışdır".

AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

Dövlətimizin başçısının məktubunda bildirilib ki, konstruktiv sülh gündəliyini təşviq edən Azərbaycan bu istiqamətdə əhəmiyyətli təklif və təşəbbüslər irəli sürür, daim prinsipial mövqedən çıxış edərək milli maraqlara uyğun və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan səmərəli fəaliyyət həyata keçirir.

"Məlumdur ki, silahlı münaqişələr insan itkisinə, sosial infrastrukturun dağılmasına, bir çox hallarda iqtisadi tənəzzülə və ciddi təhlükəsizlik problemlərinə səbəb olmaqla yanaşı, ətraf mühitə də onilliklər boyu davam edən böyük zərər yetirir", - deyə Azərbaycan Prezidentinin məktubunda vurğulanıb.скачать dle 11.3
Mojo.az Banner