Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Prezident: "ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib"

22.11.2024 17:45 999
Prezident:
"Asiya və Okeaniyada 350-dən çox siyasi partiyanı əhatə edən ICAPP fəaliyyət göstərdiyi 24 il ərzində özünü yüksəksəviyyəli hökumət nümayəndələrinin, tanınmış ictimai-siyasi xadimlərin və təcrübəli ekspertlərin iştirakı ilə bəşəri əhəmiyyətli, qlobal xarakterli aktual məsələlərin müzakirə olunduğu, fikir və təcrübə mübadiləsinin aparıldığı nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib".

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) 12-ci Baş Assambleyasının iştirakçılarına ünvanladığı məktubda qeyd edilib.

Bildirilib ki, ICAPP müxtəlif siyasi partiyaları bir araya gətirməklə Asiya ölkələri və xalqları arasında qarşılıqlı anlaşma və etimad mühitinin yaradılmasına böyük töhfə verməkdədir.

"ICAPP-ın 12-ci Baş Assambleyası bəşəriyyəti düşündürən olduqca önəmli bir məsələyə həsr olunmuşdur. "Sülh və barışıq axtarışı" mövzusu hazırkı reallıqlar, xüsusən də dünyada baş verən hərbi-siyasi kataklizmlər, silahlı münaqişələr və kəskin qarşıdurmalar fonunda xalqlar və dövlətlər qarşısında duran ən vacib məsələlərdən və strateji prioritetlərdən biridir", - deyə Azərbaycan Prezidentinin məktubunda vurğulanıb.скачать dle 11.3

Son xəbərlər