Mojo.az Banner
23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |     22:02 Pediatr uşaqların immun sistemi üçün vacib qidaları AÇIQLADI  |     21:57 Gəncə sakini odlu silahdan açılan atəş nəticəsində yaralandı  |     21:48 Ekspertdən xəbərdarlıq: "Yağışlı günlərdə daha kritik vəziyyət yaranacaq"  |     21:43 "Anthropic" və "OpenEvidence" tibbi süni intellekti 100 ölkədə həkimlərə pulsuz təqdim edəcək  |     21:38 Azərbaycanda dəhşətli cinayət: Nənə yeni doğulan nəvəsini avtomobildə boğaraq öldürüb  |     21:34 Azərbaycanda beş dövlət şirkəti ləğv olunur  |     21:29 Bakının bu ərazisində yaşayanlar köçürüləcək - 35 milyon ayrıldı  |     21:21 Bazarda tərəvəz və meyvələrin qiyməti - Hansı məhsul neçəyə satılır?  |     21:18 Sərxan Kərəmoğlunun Rusiyaya girişinə "stop" qoyuldu  |     21:16 Azərbaycanda geoloji kəşfiyyat aparılacaq ərazilər genişləndirilir  |     21:13 D vitamini kimlər üçün xüsusilə vacibdir? - 5 risk qrupu  |    
Mojo.az Avto
Mojo.az Avto

NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”

23.04.2024 12:15 1 134
NEWS.ru: “Putin və Əliyev yeni geosiyasi reallıq yaradırlar”
Aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya səfər edib.

Liderlər bu il yenidən seçildikdən sonra ilk dəfə görüşüblər.

NEWS.ru görüşlə bağlı ekspertlərin rəyini öyrənib.

Politoloqlar hesab edirlər ki, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası məsələsində ümidverici sıçrayışdan və Rusiya sülhməramlılarının bölgəni tərk etməsindən sonra Moskva və Bakı Cənubi Qafqazda yeni geosiyasi reallıqda münasibətlərin inkişaf perspektivlərini müzakirə ediblər.

Politoloq və hərbi ekspert Aleksandr Artamonovun fikrincə, sülhməramlı kontingentin vaxtından əvvəl çıxarılması Moskvanın Qarabağda daimi hərbi mövcudluğunu təmin etmək istəyi barədə tənqidçilərə yaxşı cavab olub.

“Rusiya ilə Azərbaycan arasında mübahisə yaratmaq cəhdi uğursuz oldu. Moskva və Bakının bu diplomatik qərarı Fransa prezidenti Emmanuel Makron kimi fiqurların manevrini xeyli çətinləşdirir. O və digər Qərb siyasətçiləri özlərinin ermənifiliyası ilə Rusiya və Azərbaycan arasında hansısa ixtilafın üzərində oynamağa davam etmək istəyirdilər. Amma bu artıq olmayacaq”, - Artamonov bildirib.

Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markovun sözlərinə görə, hazırda Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşır.

“Rusiyaya dost Azərbaycanın prezidenti İlham Əliyev dostu Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya gəlib. O, Ermənistanın Qərbə doğru getdiyi və Cənubi Qafqazda Rusiyanın düşmənlərinin əsas müttəfiqinə çevrildiyi bir vaxtda yeni şəraitdə əməkdaşlıq haqqında danışmaq üçün Putinlə görüşüb. Bölgədə şübhəsiz ki, yeni geosiyasi reallıq formalaşır”, - deyə Markov qeyd edib.скачать dle 11.3
Mojo.az Banner