Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“Times of Israel”: Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdirib

12.02.2021 18:22 972
“Times of Israel”: Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdirib
“Times of Israel” onlayn qəzetində “Azərbaycan Qafqazdakı geosiyasi vəziyyəti dəyişdi” başlıqlı məqalə dərc edilib.

Məqalədə deyilir ki, 44 günlük Qarabağ müharibəsi 30 ilə yaxındır Cənubi Qafqazda hökm sürən hərbi və siyasi reallıqları dəyişdirib:

“Bu dönüş 2020-ci ilin payızında Azərbaycanın Qarabağ cəbhəsindəki son dərəcə qabaqcıl və planlaşdırılmış hərbi və siyasi addımları sayəsində əldə edilib”.

Yazının müəllifi daha sonra Ermənistanın dalana dirənməsini qeyd edib:

“Ermənistan illərdir Dağlıq Qarabağ və onun ətrafındakı işğal olunmuş yeddi rayondan çıxmaqdan imtina edirdi. Ermənistanın bu mövqeyi danışıqları dalana dirəmişdi.

Nikol Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha sərt mövqe sərgilədi. Ermənistanın Baş naziri və kabinet üzvləri bir neçə təxribat xarakterli hərəkətə əl atdı.

Nikol Paşinyan “Qarabağ Ermənistandır və nöqtə” deməklə, danışıqlar prosesinə faktiki olaraq xitam verdi.

Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan bu ölkənin hərbi doktrinasını “yeni ərazilər uğrunda yeni müharibə” olaraq xarakterizə etdi.

Yeni doktrinaya uyğun olaraq, Ermənistan qoşunları keçən ilin iyul ayında Azərbaycanın Tovuz bölgəsinə hücum edib, halbuki bu bölgə Qarabağdakı təmas xəttindən kənarda yerləşir və Azərbaycandan Qərbə gedən həyati əhəmiyyətli enerji və nəqliyyat layihələri buradan keçir”.скачать dle 11.3
Mojo.az Banner