Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Beş yaşlı uşağın ölümündə günahlandırılan həkimlə bağlı qərar ləğv edildi

08.07.2024 12:04 1 230
Beş yaşlı uşağın ölümündə günahlandırılan həkimlə bağlı qərar ləğv edildi
Ali Məhkəmədə səhlənkarlıqda təqsirləndirilən "Bərdə Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin Birləşmiş Uşaq Xəstəxanasının Cərrahiyə şöbəsində uşaq cərrahı vəzifəsində çalışmış Şöhrət Əhmədov və həmin xəstəxananın Cərrahiyyə şöbəsinin müdiri (həkim-ümumi cərrah) olmuş Ədalət Süleymanovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Gəncə Apellyasiya Məhkəməsinin hökmü Ədalət Süleymanova aid hissədə ləğv olunub və cinayət işinin apellyasiya instansiyası məhkəməsində həmin hissədə yenidən baxılması təyin edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb.

İttihama görə, hadisə 2020-ci ilin avqustunda baş verib. 2015-ci il təvəllüdlü Gülüm Abidova avqustunda yaşadıqları həyətdə nərdivanın aşması nəticəsində yıxılıb. Sonra valideynləri onu Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Orada uşağa həkim baxıb, sistemlər köçürülüb. Valideynlərin dediklərinə görə, həkim onlara uşağın vəziyyətinin qorxulu olmadığını, qısa müddətdə yaxşılaşacağını bildirib. Sonra Gülümün vəziyyəti pisləşdiyi üçün onu təcili yardım maşını ilə Bakıya gətiriblər. Saat 20:00-da xəstəxanaya çatdırılan Gülüm bir neçə saat sonra orada vəfat edib. Hadisədən sonra Şöhrət Əhmədov və Ədalət Süleymanov saxlanılıblar və barələrində Cinayət Məcəlləsinin 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bərdə Rayon Məhkəməsinin hökmü ilə Şöhrət Əhmədov 2 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib, Ədalət Süleymanova isə bəraət verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya protesti qismən təmin edilib, Bərdə Rayon Məhkəməsinin çıxardığı Ədalət Süleymanova aid hissədə ləğv olunub. Belə ki, o, 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.скачать dle 11.3
Mojo.az Banner