“Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu
ABŞ-li müğənni Beyons 2027-ci il fevralın 7-də keçiriləcək 69-cu “Qremmi” mükafatlarının namizədləri arasında yer alaraq, tarixdə 100 dəfə bu mükafata namizəd göstərilən ilk sənətçi olub.
Mükafatın namizədləri açıqlanıb. Beyons “Morning Dew (Donk)” mahnısı ilə “Ən yaxşı solo R&B ifası” kateqoriyasında namizəd göstərilib.
Bu nominasiya ilə müğənni “Qremmi” tarixində ümumilikdə 100 dəfə namizəd olan ilk ifaçı kimi tarixə düşüb.
Sözügedən kateqoriyada Beyonsla yanaşı, Kehlaninin “Out The Window”, Viktoriya Monenin “Let Me”, Cil Skottun “Pressha” və Temsin “What You Need” mahnıları da namizəd olub.
Digər tərəfdən, britaniyalı müğənni Rey bir il ərzində 11 nominasiya qazanaraq qadın ifaçılar arasında rekorda imza atıb. Qeyd edək ki, Beyons da ötən il 11 nominasiya əldə etmişdi.
//sfera.az