Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:28 İrəvanda Azərbaycan əsgəri Koçaryanla qonşu kamerada saxlanılır | 14:26 İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı | 14:15 Deputat kimi heç bir səlahiyyəti olmadığından gileyləndi - Ziyafət Əsgərov günahı onda gördü | 14:14 20 Yanvardakı tıxaclar azala bilər: Yeni yolun üstünlükləri | 13:52 Aztəminatlı gənclərə müjdə: 35 milyon manat ayrılır | 13:12 Əməkhaqqı saatla hesablanacaq: Yeni sistem kimlərə aid olacaq? | 13:09 Telefon yoxlamaq sevgi deyil - Psixoloqdan AÇIQLAMA | 13:08 İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi | 13:07 Şamaxıda su çəninə düşən qadın öldü | 13:06 Dövlətə milyonlarla manat ziyan vuran sabiq vəzifəli şəxsə ittiham elan edildi | 13:01 Penitensiar Xidmətdən qovulub həbs edildi, təcridxanada keçmiş hərbçini aldatdı | 12:53 Sükan arxasında "Tiktok"da canlı yayım açan sürücülərə xəbərdarlıq | 12:30 Azərbaycan şərabının hazırlanmasında Ermənistan məhsullarından istifadə edilir? - VİDEO | 12:28 Vəzifəli şəxs qəfil vəfat etdi: Bacısı oğlunun toyuna hazırlaşırmış | 12:27 Azərbaycan neftinin qiyməti 100 dollardan endi | 11:33 10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı | 11:32 Nikol Paşinyan Türkiyədə səfərdədir | 11:31 Bu gün COP31-in Liderlər Sammiti keçiriləcək | 11:31 Vitamin D qəbul etmək üçün ən uyğun vaxt açıqlandı | 11:26 650 min manatı leqallaşdıran Həsənə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır

06.11.2026 17:46 225
Ər-arvadı öldürüb evlərini yandıran şəxsin məhkəməsi başlayır
Tərtərdə iki nəfəri öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Cari il avqustun 6-da Tərtər şəhəri Nəriman Nərimanov küçəsi ev 38 ünvanında yerləşən fərdi yaşayış evinin yanması və həmin evdə yaşayan 1954-cü il təvəllüdlü Adilə Hüseynova və əri 1941-ci il təvəllüdlü Əsgər Səmədovun üzərlərində zorakılıq əlamətləri olan kömürləşmiş meyitlərinin aşkarlanması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları İdarəsinin Kriminalistika şöbəsində davam etdirilən cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla 1987-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Vüqar Baxşəliyevin tamah məqsədilə qanunsuz olaraq Adilə Hüseynova və Əsgər Səmədovun yaşadıqları mənzilə daxil olaraq kəsici alətlə onlara xəsarət yetirdiyi, evdən külli miqdarda pul vəsaitini taladığı, habelə cinayətin izlərini gizlətmək məqsədilə özü ilə gətirdiyi yanacaqdan istifadə edərək mənzili və zərərçəkmiş şəxsləri yandırmaqla onları xüsusi amansızlıqla qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyənləşdirilib.

Toplanmış sübutlar əsasında Vüqar Baxşəliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.11 (quldurluqla əlaqədar qəsdən adam öldürmə), 181.3.3 (quldurluq) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə) maddələri ilə yenidən ittiham elan edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Son xəbərlər