Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb

17.09.2026 15:29 378
Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı - 24 yaşlı qadın tamah məqsədilə öldürülüb
Şəmkirdə 2013-cü ildə törədilmiş qətl hadisəsi ilə bağlı şübhəli şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Mətbuat Xidmətləri birgə məlumat yayıb.

2013-cü il avqustun 5-də Şəmkir rayonunda 1967-ci il təvəllüdlü Kifayət Məhərrəmovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-axtarış, istintaq tədbirləri nəticəsində qətli tamah məqsədilə törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Xəyal Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.

Son xəbərlər