Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:24 Yasamalda üç nəfərin öldüyü yanğında anasını itirən Ləman məhkəmədə ilk dəfə ifadə verdi | 18:20 Sabahdan güclü külək başlayır - Xəbərdarlıq | 17:32 TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı | 17:13 Tələbə qızların fotolarını yayıb silmək üçün pul tələb edirlər - VİDEO | 16:53 Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video | 16:49 Günəşdə yenidən partlayışlar qeydə alınıb | 16:42 Prezident İlham Əliyevə təbriklər gəlir | 16:34 Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar | 16:33 Prezidentdən Kamran İmanovla bağlı - Sərəncam | 16:32 Bakıda kollecdə qan töküldü: Tələbəyə 6 bıçaq zərbəsi vuruldu | 16:30 Bakıda kişi ona "keçəl" deyən bacısını döydü | 16:28 Səudiyyə Ərəbistanından Azərbaycana göndərilən qurban əti 7 min ailəyə çatdırılacaq | 16:01 İrandan Azərbaycana qanunsuz keçmək istəyən əcnəbilər saxlanıldılar | 14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar |
Mojo.az Avto
Mojo.az Avto

Arvadı ilə iki yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi

13.04.2026 20:52 630
Arvadı ilə iki yaşlı oğlunu vurub öldürən sürücüyə cəza verilməsini istəmədi
Ötən il Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində yolun müəyyən olunmayan hissəsindən – yerüstü piyada keçidinin altından keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Əliyeva və onun iki yaşlı övladı Azər Əliyevi avtomobillə vuraraq ölümünə səbəb olan sürücünün məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hakim qarşısına təqsirləndirilən şəxs qismində Nuran Nuriyev çıxıb.

Törətdiyi qəzaya görə səmimi peşmanlığını bildirən Nuran Nuriyevin sözlərinə görə, həmin yerdə yerüstü keçid olduğu halda qəza nəticəsində həyatını itirən şəxslər yolu bu formada keçib və nəticədə istəmədiyi halda hadisə baş verib.

Məhkəmə istintaqı zamanı dindirilən zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, o, hadisə vaxtı arvadı və üç azyaşlı uşağı ilə birlikdə sərnişin avtobusundan düşüb və yolu keçməyə qərar veriblər:

"Həyat yoldaşıma yolüstü keçiddən keçmək lazım olduğunu bildirsəm də, Ülviyyə yorğun olduğunu, tez bir zamanda yolu qaçaraq keçə biləcəklərini söylədi. İki qızım mənim, Azər isə Ülviyyənin qucağına idi. Mən beton arakəsməyə çatanda məndən arxada olan Ülviyyəni "VAZ 2107” markalı avtomobil vurdu. Nəticədə oğlumla hər ikisi asfalt örtüyün üzərinə yıxıldı. Sürücü dərhal avtomobili saxlayıb onları xəstəxanaya aparsa da, ikisinin də həyatını xilas etmək mümkün olmadı”.

Ülviyyə Əliyevanın həyat yoldaşı təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını, onun barəsində olan işə xitam verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, məhkəmənin hökmünə əsasən, N.Nuriyev 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

Son xəbərlər