Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

"Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq

04.11.2026 14:38 165
"Şəkidə və Qaxda çox sayda qazlaşmayan kəndlər var. Əvvəllər qazlaşma prosesi üçün büdcədən vəsait ayrılırdı, həmin vəsait sürətlə kəndlərin qazlaşdırılmasına gətirib çıxardı. Sonra həmin xərclər ixtisar olundu. İndi bu proses bütövlükdə aidiyyəti qurumundur. Orada ayrılan vəsait ilə yaxın onilliklərdə qazlaşmayan kəndləri qazlaşdırmaq mümkün deyil".

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli deyib.

O, bu məsələnin mümkün nəticələrindən danışıb:

"Əgər proses 10 il gecikdiriləcəksə, həmin müddətdə Azərbaycan meşələrinin qırılması, ekologiyaya vurulan zərbənin rəqəmləri, bir də kəndlər qazlaşdırılmır deyə, oradan əldə edilən qənaətin bir-biri ilə müqayisə olunması formasında hesablama varmı? Bu, hesab edirəm ki, indiki dövrdə regionların inkişafı, regionlardan nəzərdə tutulan əlavə proqram tədbirlərinin həyata keçirilməsinin mühüm tərkib hissəsi kimi çox vacibdir".

Son xəbərlər