Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:58 Mingəçevirdə qonşular arasında mübahisə qanla bitdi | 22:50 Köçkünlər üçün bəzi güzəştlər yenidən tənzimlənəcək | 22:43 Londonda avtomobilləri əridən göydələnin sirri - Səbəb memarlıq səhvi imiş | 22:32 Məzuniyyətini hissə-hissə götürənlər əlavə pul alacaq | 22:26 Gimnastlarımız Dünya çempionatında mübarizəni davam etdirirlər | 22:19 Bakıda klinikanın qarşısında ağır qəza - Hadisənin anbaan görüntüsü | 22:09 Rusiyada ağır qəzada həlak olan azərbaycanlılar dəfn olundular | 21:56 Bakıda kollecdə qanlı hadisəyə qız səbəb olubmuş: Şahidlər danışdılar - Video | 21:50 Paraqvay prezidenti istefa verib | 21:45 Sahibə Qafarova Qazaxıstana səfər edib | 21:28 İş axtaranlara şad xəbər: 82 yeni vakansiya | 21:02 Nepalda Azərbaycan və Kanadada işə düzəltmək adı ilə dələduzluq: İki nəfər saxlanıldı | 20:45 Bu vəzifələrdə çalışanların maaşı 3600 manat oldu | 20:40 Sabah bir rayonda qaz olmayacaq | 20:16 Bəşir Süleymanlıya 9 il həbs cəzası istənildi | 20:15 Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib | 20:10 Sertifikasiyada bal artdıqca maaş əlavəsi də artırılmalıdır – TƏKLİF | 17:44 Rayonların azad olunmasından sonra doğulan uşaqlara status veriləcək | 17:36 Ər-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı | 17:33 Türkiyədən Azərbaycana tibbi təyinatlı malların gətirilməsinin qarşısı alınıb |
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar

04.11.2026 16:34 177
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlar
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan şərti məhrum edilən Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adıçəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Median.Az
Gununsesi.info-ya istinadla xəbər verir ki, Ramiz Mehdiyevin cinayət işi üzrə materialların araşdırması zamanı məlum olub ki, keçmiş PA rəhbəri yazdıqlarını Rusiyanın yüksəkvəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış.
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran qadın kimdir? - Yeni faktlarİş materiallarından aydın olur ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində S.İsmayılovanın adı xüsusi olaraq çəkilir.

Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.

İttiham aktında onun ifadəsindən aşağıdakı məqam yer alıb:

"Əlyazmanın məzmunu xatirimdədir, onu şəxsən özüm avqustdan təxminən bir ay öncə hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etdim".

Mehdiyev deyib ki, sənədin çatacağı ünvan isə Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub.

İş materiallarına əsasən, Sevil İsmayılovaya həmin əlyazmanı Narişkinə onun müavini Rəşad Kurbanov vasitəsilə çatdırmaq tapşırılıb.

Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulub.

Bundan başqa iş materiallarında Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının da təfərrüatları əksini tapıb. Sənəddə göstərilir ki, həmin danışıq zamanı Ramiz Mehdiyev hazırladığı "Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif" adlı sənədin Rəşad Kurbanova göndərilməsini istəyib.

Danışıq zamanı sənədin iki nüsxədə hazırlanması məsələsi də müzakirə olunub.

İstintaq materiallarında əksini tapan Sevil İsmayılovanın telefon danışığının mətnində işlətdiyi bu ifadə diqqət çəkir:

"Mən ona dedim ki, iki nüsxədə olacaq, biri bir nəfərə, digəri başqasına".

Son xəbərlər