Mojo.az Banner
22:22 “ChatGPT” ilə bağlı yeni qərar: Reklam dövrü başlayır  |     22:15 Gəncədə 28 yaşlı kişi bıçaqlandı  |     22:07 Avqustun sonu bu bürclərin üzü güləcək  |     21:59 Məktəblərdə gender disbalansı: Kişi müəllimlərin azlığı şagirdlərə necə təsir edir? - VİDEO  |     21:51 ARAŞDIRMA: İnternetin üçdə biri artıq süni intellektlə yazılır  |     21:51 Dənizdə ailəvi istirahət faciə ilə nəticələndi - VİDEO  |     21:39 Varlılar üçün lüks bunkerlər tikilir: müharibə, təbii fəlakət hiss etməyəcəklər  |     21:29 Salyanda ağır qəza: Bir nəfər öldü  |     21:17 Avropa İttifaqının əsas qaz tədarükçüsü dəyişdi  |     21:15 Günəşdə ən güclü partlayış baş verib  |     21:08 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     21:04 "Sabah" ABŞ-dən olan basketbolçu Maykl Ertalla müqavilə imzalayıb  |     21:00 "TikTok"da pul göndərmək mümkün olacaq  |     20:57 Somali piratları Pakistan dənizçiləri üçün milyonlarla dollarlıq fidyə tələb etdilər  |     20:46 Şərif: Pakistan Qolan təpələri ilə bağlı Suriyanın mövqeyini dəstəkləməkdə davam edəcək  |     20:42 Azərbaycan güləşində möhtəşəm nəticə: İki idmançımız finala yüksəldi  |     20:23 Marneulidə azərbaycanlı merin qardaşı həbs edildi  |     20:14 Husilər Səudiyyə Ərəbistanındakı obyektlərə dronlarla hücum ediblər  |     19:26 Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti AÇIQLANDI  |     19:16 Abşeronda 6 avtomobil və iki marketi talayan şəxs saxlanılıb  |    
Left Banner
Right Banner

Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? - AÇIQLAMA

07.05.2024 13:07 714
Azərbaycanda qızılcaya yoluxma ilə bağlı vəziyyət NECƏDİR? - AÇIQLAMA
Azərbaycanda ötən il yanvar-noyabr aylarında 1 493 nəfər qızılcaya yoluxub. Ölkədə ötən il qızılcaya yoluxanlar arasında ağırlaşma və ölüm hallarına da rast gəlinib. Ölüm halları əsasən, uşaqlar və tələbələr arasında qeydə alınıb.

Bəs hazırda qızılca xəstəliyinə yoluxanların sayında hansı dəyişiklik var?

İnfeksionist-hepatoloq Mərdan Əliyev Bizim.Media-ya deyib ki, 2023-cü ilin noyabr ayından sonra qızılcaya yoluxma halı daha çoxdur:

“Qızılca səviyyəsi peyvənd olunma səviyyəsi ilə tərs mütənasibdir. Yəni peyvənd olunma səviyyəsi yüksək olan yerlərdə qızılcaya yoluxma sayı az, peyvənd olunma səviyyəsi az olan yerlərdə qızılcaya yoluxma yüksək olur.

Azərbaycanda ötən ilin yanvarından noyabr ayına qədər qızılcaya yoluxanların sayı məlumdur. Hesab edirəm ki, noyabrdan sonra daha yüksək yoluxma sayları müşahidə edildi. Onları da nəzərə alsaq, yoluxma sayı xeyli dərəcədə çoxalar”.

O bildirib ki, hazırda yoluxanların sayında azalma müşahidə edilir:

“Qızılca xəstəliyi koronavirus xəstəliyi kimi deyil, koronavirusda alovlanma aylarla, illərlə davam etdi. Qızılca xəstəliyi koronavirusdan 10-20 dəfə daha sürətli yoluxma qabiliyyətinə malik olduğu kimi, burada alovlanma da, sönmə də sürətli baş verdi. Buna görə hazırda qızılcaya yoluxma halları xeyli azalıb. Özüm də təcrübi fəaliyyətlə məşğulam, ona görə də öz təcrübəmdən bilirəm ki, yoluxma sayı xeyli dərəcədə azalıb. Bəzən ağırlaşma halları müşahidə olunur, yəni tək-tək qızılca xəstələrinin ağırlaşmaları ilə müraciət edənlər olur”.скачать dle 11.3
Mojo.az Banner