Mojo.az Banner
13:01 Ananı döyülən görən uşağın beynində nə baş verir? — Psixoloq danışdı  |     12:52 Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manat olur? - Video  |     12:46 Qaxda kafedə qan töküldü  |     12:27 Bakı Bulvarı bu gündən bağlanır - Səbəb  |     12:25 Məktəbli çantaları ilə bağlı XƏBƏRDARLIQ: “Uşaqlar bu yükdən azad olunmalıdır”  |     12:19 Azərbaycanda dizel bahalaşacaq? —MÜHÜM açıqlama  |     12:11 Polislərə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi  |     22:57 "Formula-1"lə bağlı mühüm dəyişikliklər  |     22:52 Bakını tərk edən deputat danışdı: “Artıq burada yaşayıram”  |     22:42 Yumurta yeyənlərin diqqətinə: Bu xəstəliyin riski daha aşağı ola bilər  |     22:31 Serdar Ortaç vəsiyyətini açıqladı – Mirası kimlərə qalacaq?  |     22:21 Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı - SİYAHI  |     22:10 Universitetin 3-cü kurs tələbəsi vəfat etdi  |     21:53 Ozon dəliyi rekord səviyyədə kiçildi  |     21:48 Bu universitetlərdə dərslər onlayn keçiriləcək  |     21:40 "Bitcoin" sürətlə bahalaşır - Yeni QİYMƏT  |     21:35 Çalışanların 98 faizindən çoxu bu sektordadır - RƏQƏMLƏR  |     21:28 Azərbaycanda ən çox bu xəstəliklərdən əziyyət çəkirlər - RƏSMİ STATİSTİKA  |     21:23 Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu  |     21:15 Bu əsgərlərə pis xəbər: bir neçə ay gec tərxis olunacaqlar – SƏBƏB  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı

06.09.2024 16:51 612
Bakıda satışa çıxarılan məşhur bina 2.5 milyon manat ucuzlaşdı
Bakıda hərrac vasitəsi ilə satışa çıxarılan binanın qiyməti 2.47 milyon manat ucuzlaşdırılıb.

Median.Az
trend-ə istinadən xəbər verir ki, Bakıda, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən xüsusi müsadirə edilmiş bina 22 232 700 manata yenidən satışa çıxarılıb.

Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 sentyabr 2024-cü il tarixdə hərrac keçiriləcək.

Bundan əvvəl isə bina 27 avqust 2024-cü il tarixdə 24.7 milyon manata satışa çıxarılmışdı. Binanın ərazisi 18 972.2 kvadratmetrdir.

Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.

Qeyd edək ki, bina vaxtilə Bakı Oksford Məktəbinə məxsus olub.скачать dle 11.3
Mojo.az Banner