Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Donald Trampa təşəkkür etdi

23.11.2026 16:56 45
FOTO İlham Əliyev Donald Trampa təşəkkür etdi
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.

İlham Əliyev bununla bağlı "X" hesabında paylaşım edib:

"Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) layihəsinin başlanması münasibətilə göndərdiyiniz mesajda mənə ünvanladığınız xoş sözlərə görə sizə səmimi minnətdarlığımı bildirirəm".

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp videomüraciətlə çıxış edərək TRIPP layihəsinə start verdiklərini bildiriblər.

ABŞ prezidenti layihənin həyata keçirilməsinə görə Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.


Son xəbərlər