Mojo.az Banner
23:02 Təyyarə, yoxsa avtomobil? - Ölüm riskləri arasındakı fərq təəccübləndirir  |     22:57 Bu ailələrə müavinət verilə bilər  |     22:52 ABŞ səfirliyi qlobal terrorçuluğa qarşı birgə mübarizəyə verdiyi töhfəyə görə Azərbaycana təşəkkür etdi  |     22:41 Xarici diplomatlar Şuşada yallı getdilər - VİDEO  |     22:29 Gənclərin evlilikdən uzaqlaşmasının səbəbi nədir? – Psixoloqdan açıqlama  |     22:16 Süni intellektlə bağlı qorxulu PROQNOZ: onilliyin sonuna qədər bəşəriyyəti məhv edə bilər  |     22:08 Rusiyada yol qəzası nəticəsində 12 nəfər ölüb  |     22:00 Yanacaqdoldurma məntəqələrinin FIRILDAĞI - Pulu 20 litr, çənə 17 litr?  |     21:50 Gəncədə maşın piyadanı vurdu, vəziyyəti ağırdır  |     21:43 Məşhurların olduğu təyyarə təcili eniş etdi  |     21:35 Moskvadan sərt mesaj: "Üçüncü dünya müharibəsi alovlanır”  |     21:28 Direktor zəif şagirdləri məktəbdən çıxarırdı – NAZİR  |     21:17 “5 min manatımı ala bilmirəm” - Şəhid anası şirkət rəhbərindən şikayətçidir  |     21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Vilyam Hacıyevin lüks avtomobillərinə alıcı tapılmır: Qiymətləri endirildi

18.05.2026 11:59 711
Vilyam Hacıyevin lüks avtomobillərinə alıcı tapılmır: Qiymətləri endirildi
İmişli Rayon İcra Hakimiyyətinin korrupsiya cinayətləri ilə bağlı məhkum edilmiş keçmiş başçısı Vilyam Hacıyevin cinayət işi üzrə müsadirə edilmiş avtomobillərinin qiyməti xeyli ucuzlaşıb.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, "Range Rover" və "BMW 740İ" avtomobilləri üç dəfə satışa çıxarılsa da, onlara alıcı tapılmayıb.

İcra məmuru əmlakı 25% endirimlə dördüncü dəfə hərraca çıxaracaq. Belə ki, əvvəl 56 min manata təklif edilən "Range Rover"in qiyməti 14 min manat ucuzlaşaraq 42 min manata, 23 min manata təklif edilən BMW isə 5 750 manat aşağı - 17 250 manata çıxarılacaq.

V.Hacıyevin cinayəti ilə bağlı müsadirə edilmiş avtomobillərdən yalnız birinə - "Bentley Continental GT"yə alıcı tapılıb. 65 min manata təklif edilən "Bentley" üçüncü hərracda 6 500 manat endirimlə - 58 500 manata satılıb.

Qeyd edək ki, "Range Rover"i (həmin vaxt qiyməti 100 min manatdan çox olub - red.) Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev, BMW-ni isə həyat yoldaşı Cülyetta İbrahimova sürüblər.скачать dle 11.3
Mojo.az Banner