Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:42 Cəlilabadda 6 kəndin işığı kəsilib | 14:38 "Qazlaşdırılmayan kəndlərə görə meşələr qırıla bilər" - Deputatdan xəbərdarlıq | 14:33 Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu - Qərar | 14:30 Göygöldə iki avtomobil toqquşdu, Türkiyə vətəndaşı da yaralandı | 14:22 Türk lirəsi rekord həddə ucuzlaşdı | 14:11 Falçının məhkəməsində zərərçəkən danışdı: "Bu qadına 360 min manatlıq qızıl vermişəm" | 14:00 Gələn il ərzaq bahalaşacaq - Dünya Bankı və BVF-dən yeni proqnozlar | 13:53 "Sabah"ın "Vikinq"ə qarşı oyunu hansı kanalda yayımlanacaq? | 13:46 İlham Əliyev və Mehriban Əliyeva "AIREX 2026" sərgisi ilə tanış olublar | 13:29 Paytaxtda yağış və tullantı suları problemi həllini tapır | 13:23 İctimai nəqliyyatda güzəştlər genişləndirilə bilərmi? – Deputatdan AÇIQLAMA | 13:13 Deputatların partiyalarına 6 milyon vəsait ayrılacaq | 13:12 Tibbi turizmin vəziyyəti araşdırılacaq | 13:10 Azərbaycan neftin fiskal qiymətini 20 dollar azalda bilər | 13:07 Qadınlar kişilərə pul kisəsi kimi baxmamalıdırlar – Psixoloq | 13:00 Bakıda 74 yaşlı qadının əməlləri: Torpağı qanunsuz zəbt etdi, müşahidə kamerasını sındırıb evi yardı | 12:59 Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi | 12:55 Kürdəmirdə vəzifəli şəxs 125 min manatlıq mənimsəmədə ittiham edilir | 12:54 Məşhur reper Timati Ukraynanın qara siyahısında | 12:18 Bakıda ticarət mərkəzinin qarşısında qəza: 80 yaşlı kişi öldü |
Mojo.az Avto
Mojo.az Avto

Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi

29.10.2026 16:45 516
Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdi
Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə REAL TV və "Space" telekanalının əməkdaşına hücum olub. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılıqla üzləşməsi insanları bu cür aqressiv davranışların səbəbləri barədə düşünməyə vadar edir. Məktəbin direktor müavini Zenfira Nursalovanın sözlərinə görə, insidentdə iştirak edənlərin hamısı məktəbin 9-11-ci sinif şagirdləri olublar. Hadisə zamanı onların arasında yalnız bir nəfər məzun olub.

Belə aqressiv davranışların arxasında daha çox hansı amillər dayanır: emosiyaları idarə edə bilməmək, özünü təsdiqləmək istəyi, ailə tərbiyəsi, yoxsa sosial mühit?
Məktəblilərin jurnalistlərə hücumu: Psixoloq problemin kökünə diqqət çəkdiHadisə ilə bağlı Median.Az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib:
"Məncə jurnalistlərin hadisə yerində peşə fəaliyyətlərini yerinə yetirərkən fiziki və aqressiv münasibətlə qarşılaşması cəmiyyət olaraq üzərində düşünməli olduğumuz ciddi psixoloji və sosial problemdir. Burada ilk növbədə nəzərə almalıyıq ki, bir uşağın həyatını itirməsi, xüsusilə də belə ağır şəraitdə baş verən hadisə, ailə, məktəb və bütövlükdə cəmiyyət üçün ciddi emosional sarsıntıdır".
Psixoloqun sözlərinə görə, belə vəziyyətlərdə insanların kədər, qorxu, qəzəb və çarəsizlik hissləri yaşaması anlaşılandır. Lakin emosional sarsıntı heç bir halda fiziki zorakılığa haqq qazandırmır. Bəzən insan güclü stress altında öz davranışına nəzarəti itirir, bəzən isə aqressiya məsuliyyətdən yayınmaq, özünü və ya aid olduğu mühiti müdafiə etmək, başqalarına güc nümayiş etdirmək vasitəsinə çevrilir.
"Xüsusilə, insanın öz emosiyalarını tənzimləmək, münaqişəni həll etmək və fərqli mövqeləri qəbul etmək bacarıqlari olmayanda gərginlik daha asanlıqla zorakı davranışa çevrilə bilər", — deyə psixoloq əlavə edib.
Dilruba Həsənovanın fikrincə, bu cür hadisələr zamanı yalnız konkret şəxslərin aqressiv davranışını müzakirə etmək bəs etmir. Özümüzə daha geniş suallar verməliyik. Bu uşaqlar bu cür emosiyalarını ifadə etməyi harada öyrənirlər, məktəblərdə psixoloji təhlükəsizlik nə dərəcədədir, ailələrdə çətinliklər necə müzakirə edilir və cəmiyyət olaraq bu cür vəziyyətlərdə bir-birimizə necə münasibət göstəririk, və s. Bütün bunlardan sonra hər şey daha aydın olur.

Mütəxəssis qeyd edib ki, bunun üçün də məktəb, ailə, psixoloqlar, sosial xidmətlərin və s. əməkdaşlığı vacibdir. Bilməliyik ki, psixoloji sağlamlıq təkcə insanın emosiyalarını idarə etməsi deyil, həm də cəmiyyətin bu cür hallar baş verərkən fərqli fikirlərə sağlam şəkildə münasibət göstərməsidir. Yəni nəticələrini deyil, onun yaranma səbəbini anlamağa çalışsaq, belə faciələrdən sonra yalnız reaksiya verən deyil, onların qarşısını almaq üçün məsuliyyət daşıyan cəmiyyət ola bilərik.

Psixoloq vurğulayıb:
"Amma görünən odur ki, bizim cəmiyyətdə hər şey gözlənilməz hal kimi qəbul olunur deyə, psixloji olaraq insanlar emosianal reaksiyalar verirlər və təsirində uzun müddət qalırlar. Eyni zamanda vəziyyətdən çıxış yolu olaraq isə qaçmağı seçirlər. Valideyinlər çalışır ki, bu cür halları uşaqlardan gizlin saxlasınlar. Hansı ki bu məsələ müzakirə olunmalı və məsələyə aydınlıq gətirilməlidir".
"Əgər uşaq və ya yeniyetmə problemlərin qışqırmaq, təhdid etmək, güc göstərmək yolu ilə həll edildiyini müşahidə edirsə, zamanla bu davranışları münasibət qurma üsulu kimi istifadə edə bilər. Digər tərəfdən, böyüklərin öz davranışları ilə uşaqlara verdiyi nümunə də mühüm əhəmiyyət daşıyır. Biz uşaqlardan empatiya, hörmət gözləyiriksə, bu keyfiyyətləri ilk növbədə özümüz etdirməliyik. Yəni müəllimlər də, valideyinlər də nümunəvi davranmağa çalışmalıdır ki, nümunəvi nəticələr əldə olunsun", —deyə D. Həsənova deyib.
Mütəxəssis sonda onu da bildirib ki, jurnalistlərin hadisə yerinə gəlməsi ilə bağlı yaranan gərginlik də ayrıca dəyərləndirilməlidir. Ümumiyyətlə, jurnalistlər də peşə fəaliyyətlərini etik prinsiplərə uyğun həyata keçirməlidirlər. İnsanların ağır emosional vəziyyətdə olması onların davranışlarına müəyyən izah verə bilər, lakin həmin davranışın məsuliyyətdən azad etmir. Ama bəzən belə hallarda jurnalist getdiyi yerdə qarşılaşa biləcəyi psixoloji emosiyalara hazır olmalı və bütün bunları nəzərə alaraq suallar verməlidir və doğru empatiya qurmalıdır. Bəli, kənardan bu hal doğru görünmür amma vəziyyəti müzakirə edəndə ortalığa çıxan nəticələr əvvəlki fikirləri dəyişə bilər.

Son xəbərlər