Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi | 22:50 Kirayə pulunu ödəmək üçün qapı oğurladı, 23 gün həbs edildi | 22:42 Payız yorğunluğundan xilas olmaq üçün 5 sadə məşq - Mütəxəssisdən tövsiyələr | 22:37 "Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi | 22:30 Xəbəri olmadan adına şirkət açıldı, 634 min manat vergi borcu yarandı (VİDEO) | 22:24 Üzü daha gənc göstərən saç kəsimləri | 22:15 Qazaxıstan və Ermənistan TRIPP-i müzakirə etdi | 22:10 Yaponiyada güclü zəlzələ oldu | 22:03 Bakıda istehlaka yararsız süd məhsulları aşkarlandı | 21:58 Sabah Bakıda yağış yağacaq | 21:50 "Arxa oturacaqda 7 yaşlı qıza əxlaqsızlıq edərkən gördüm ki..." - 67 yaşlı kişidən iyrənc hərəkət | 21:45 Maliyyə yoxlamaları nəticəsində 106,9 mln. manat vəsait bərpa edilib | 21:38 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakimdən izah | 21:33 Ərdoğanın keçmiş müavini həbs edildi | 21:26 Ötən ay avtobusla 54 milyona yaxın sərnişin daşınıb | 21:21 Tikinti zamanı ayağı sınan fəhlə "Avrasiya" MTK-dan şikayətçidir - VİDEO | 21:13 Atasından pul oğurlayıb qumar oynayırmış - Məhkəmə bu qərarı verdi | 21:07 "Polis erməni dilində danışmağımı görüb..." - Azərbaycanlı bloger | 21:01 Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib |
Mojo.az Avto
Mojo.az Avto

Uşaqların qəzəbi niyə bu qədər təhlükəli hal alır?

24.04.2026 17:08 1 224
Uşaqların qəzəbi niyə bu qədər təhlükəli hal alır?
Son dövrlərdə ölkədə məktəblərdə baş verən zorakılıq və aqressiya halları cəmiyyətdə narahatlığı artırıb. Şagirdlər arasında münaqişələrin daha sərt və təhlükəli formalar alması, bəzi hallarda bu proseslərin sosial media üzərindən başlanması məsələnin yalnız intizam yox, həm də psixoloji problem olduğunu göstərir. Türkiyədə belə hadisələrin qarşısını almaq üçün seriallarda silah istifadəsi və uşaqların sosial şəbəkə istifadəsi qadağan edilib.

Məktəblərdə son dövrlər müşahidə olunan aqressiya və zorakılıq hallarının psixoloji səbəbləri nələrdir?

Ailə mühiti bu prosesdə hansı rolu oynayır? Valideynlər hansı səhvləri daha çox edir?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, məktəblərdə son dövrlər aqressiya və zorakılığın artması mənə görə sadəcə intizam məsələsi deyil, bu, daha çox uşağın daxilində baş verən proseslərin və yaşadığı mühitin nəticəsidir.
Psixoloqun sözlərinə görə, uşaq əslində boş yerə aqressiv olmur. O, içində yığılan emosiyanı – qəzəbi, incikliyi, anlaşılmama hissini – ifadə edə bilməyəndə bunu davranışla göstərir.

"Biz adətən nəticəni görürük, səbəblərdən yayınırıq. Belə ki, aqressiya çox vaxt səbəb yox, nəticədir.
Digər tərəfdən, uşaq gördüyünü öyrənir, insan beyni tanış olmayan informasiyanı təkrarlaya bilmir. Əgər uşaq evdə, ətrafda və ya sosial şəbəkədə problemləri qışqırıqla, güc göstərməklə həll olunduğunu görürsə, o da bunu normal qəbul edir", — deyə Dilruba Həsənova əlavə edib.

Psixoloq onu da qeyd edib ki, sosial şəbəkələr bunu daha da kəskinləşdirir. Aqressiya artıq təkcə reaksiya deyil, bəzən nümayişə çevrilir. Videoya çəkilir, paylaşılır, baxış yığır və bu, uşağa yanlış mesaj verir.
Bir də qrupun təsiri var, uşaq tək olanda etməyəcəyi şeyi qrup içində rahat edir. Çünki məsuliyyət hissi azalır, "hamı edir" düşüncəsi güclənir.

Ailə məsələsinə toxunan Dilruba Həsənova vurğulayıb:

"Məncə burada ən həssas nöqtə ailədir. Uşaq ilk münasibət modelini evdə görür. Əgər evdə aqressiya varsa, uşaq onu öyrənir. Əgər emosional yaxınlıq yoxdursa, uşaq diqqəti başqa yollarla, bəzən aqressiya ilə çəkməyə çalışır. Valideynlər çox vaxt uşağın davranışına reaksiya verirlər, amma onun arxasındakı emosiyanı görmürlər. "Etmə" demək olur, amma "niyə edirsən?" sualı verilmir. Ya çox sərt yanaşılır, ya da ümumiyyətlə sərhəd qoyulmur. Hər iki halda uşaq özünü tənzimləməyi öyrənmir.

Psixoloqun fikrincə, burada əsas məsələ odur ki, uşaq özünü dəyərli və başa düşülən hiss etmir. O zaman gücü aqressiya ilə göstərməyə çalışır. Yəni bu davranışın altında çox vaxt "məni gör", "məni anla" ehtiyacı dayanır.

"Ümumilikdə baxanda, məktəbdə gördüyümüz aqressiya uşağın daxilində olan boşluğun, öyrəndiyi davranışların və yaşadığı mühitin bir növ üzə çıxmış formasıdır. Buna görə də problemə sadəcə cəza ilə yox, daha dərindən – psixoloji və sosial yöndən yanaşmaq lazımdır. Məktəblərdəki vəziyyətə nəzər salanda, dərs yükünün hədsiz çox olması uşaqların evdə və məktəbdə ünsiyyətdən uzaqlaşdırılmasının qarşısı alınmalıdır. Tədris planı yenidən qurulmalıdır. Düzdür, belə olan halda diqqət müəllimlərin və valideyinlərin üzərinə yönəlir, amma müəllimin sosial psixoloji durumunu da nəzərə almaq lazımdır".

"Müəllimləri tədrisdə yorub təlimdən tamamilə kənarlaşdırmaq valideyinlərin isə uşaqlarına yetərincə vaxt ayıra bilməməsi təbii ki, fəsadsız ötüşməyəcək. Bu, birmənalı şəkildə belədir. Türkiyədə olmuş hadisə isə daha bir model oldu, ona görə də cəmiyyətdə və xüsusilə də məktəblərdə mütəmadi psixoloji maarifləndirmə işlərini aparmaq vacibdir", — deyə o, xüsusi bildirib.

Şəxsi təcrübəsindən bəhs edən psixoloq sonda fikrini yekunlaşdırıb:

"Məsələn, bu gün bir halla rastlaşmışam. Məktəbin müəlliməsi uşağın dərsdə yuxuladığını görüb qaldırır və uşaqların içində" sən narkamana oxşayırsan" deyib, təhqir edir. Bu sözlər qız uşağına deyilir. Müəllimin düzgün olmayan hərəkəti uşaqda təbii ki, aqressiyaya səbəb olacaq. Müəllimlər də, valideyinlər də diqqətli olmalıdır. Uşaqların təlim və tərbiyəsində bu, vacib amillərdən biridir. Məktəb psixoloqları isə daha çox uşaqlarla yaxından ünsiyyət qurmalıdır".

Dəniz Pənahova
Median.Az

Son xəbərlər