Mojo.az Banner
Son Xəbərlər
11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |    
Mojo.az Avto
Mojo.az Avto

Dənizdə maksimum nə qədər müddət üzmək olar? - Mütəxəssis uzun zaman suda qalmanın risklərindən danışdı

12.06.2026 12:30 399
Dənizdə maksimum nə qədər müddət üzmək olar? - Mütəxəssis uzun zaman suda qalmanın risklərindən danışdı
Kurort mövsümündə dənizdə üzmək üçün maksimum təhlükəsiz müddət 10-15 dəqiqə təşkil edir. Bundan sonra mütləq sahilə çıxmaq və isinmək lazımdır.

Bu barədə rusiyalı mütəxəssis, tibb elmləri namizədi Yevgeni Kudryaşov "TASS"a müsahibəsində danışıb.

"Günəş, hava və su bir çox fizioterapevtik müalicə üsullarının əsasını təşkil edir. Həkimlər 10-15 dəqiqə ərzində üzməyi məsləhət görürlər. Yaxşı olar ki, dənizə girmələr bir neçə dəfə təkrarlansın, sahildə dincəlməklə suya girmək növbələşdirilsin", - deyə Yevgeni Kudryaşov qeyd edib.

Mütəxəssisin sözlərinə görə, çimərlikdə istirahətə bu cür yanaşma temperatur rejimini tədricən dəyişməyə imkan verir və bunun sayəsində orqanizmə düşən yük azalır.

Kudryaşov vurğulayıb ki, uzun müddət suda qalmaq müəyyən risklər daşıyır. İlk növbədə, insan həddindən artıq soyuyur ki, bu da damarların spazmına səbəb ola və ürəyə qan axınını poza bilər.

Bundan əlavə, dənizdə uzun müddət qalmaq başın həddindən artıq istiləşməsinə gətirib çıxarır:

"Başın açıq halda günəş altında qalması və sudan əks olunan günəş şüalarının güclü təsirinə məruz qalması beyin damarlarının genişlənməsinə səbəb olur".

Günəş vannaları da mülayim olmalıdır. Ekspertin sözlərinə görə, günəşdə qaralmaq üçün optimal vaxt səhər saat 07:00-dan 10:00-a qədərdir. Məhz bu zaman günəş şüaları daha yumşaq olur, günəşdə yanmaq riski minimaldır, ultrabənövşəyi şüaların təsiri isə faydalıdır. Həmçinin günəş saat 16:30-17:00-dan sonra yenidən təhlükəsiz olur.

Saat 11:00-dən 16:00-a qədər isə günəşin aktivliyi maksimaldır. Bu müddətdə ultrabənövşəyi şüalanma səviyyəsi xüsusilə yüksəkdir, istilik isə orqanizmə yüklənməni artıra bilər. Göstərilən saatlarda günəş vannası qəbul etmək tövsiyə olunmur.скачать dle 11.3

Son xəbərlər