Mojo.az Banner
23:00 Orta qapıdan sərnişin mindirən avtobus sürücüləri cərimə olunur?  |     22:53 Bu sürücülər 50 manat cərimələnəcək  |     22:45 Gənc alimin ehtiyatsızlığına görə dünya ən qədim ağacını itirdi - 5 min yaşı var idi  |     22:40 Rusiya 15 Ukrayna vətəndaşını vətəninə qaytarıb  |     22:32 Alkoqol niyə xərçəngə səbəb olur?  |     22:27 Balakəndə qəzada yaralanan daha bir nəfər öldü  |     22:20 Bu ölkədə yeniyetmələrin sosial mediadan istifadəsi qadağan olunacaq  |     22:15 "Qarabağ"ın qış hazırlıq planı açıqlandı  |     22:06 Azərbaycanda uşaqlar arasında yayılan virus nədir?  |     22:01 AFFA 14 turda klubları 193 min cərimə edib - Pullar hara gedir?  |     21:53 Avtomobili ilə "Liverpul" azarkeşlərinə hücum edən şəxs 21 il həbs cəzası alıb  |     21:48 Azərbaycanda çay istehsalı azalıb  |     21:41 "Ford" maliyyə itkiləri və Trampın siyasətinə görə elektrik avtomobillərdən imtina edir  |     21:37 Banka kreit borcu olanlar üçün VACİB XƏBƏR  |     21:21 Putinin Türkiyəyə səfəri gözlənilir  |     21:19 "Babək qalası" adlandırılan QƏDİM TİKİLİDƏ arxeoloji qazıntı işləri aparılacaq? (Video)  |     21:10 ÜST: "Honkonq qripi" sürətlə yayılır"  |     21:05 Ermənistanda hərbi xidmətin müddəti azaldıldı  |     20:58 Vardanyanın məhkəmə istintaqı yekunlaşdı  |     20:43 Naxçıvanda son 1 ayda 85 nəfər məsuliyyətə cəlb edilib  |    
Left Banner
Right Banner

Pəhriz saxlayırsınız, amma arıqlaya bilmirsiniz? - Rusiyalı mütəxəssis səbəblərini AÇIQLADI

12.03.2025 12:57 723
Pəhriz saxlayırsınız, amma arıqlaya bilmirsiniz? - Rusiyalı mütəxəssis səbəblərini AÇIQLADI
"Çəki itirərkən balanslaşdırılmış pəhriz saxlamaq vacibdir. Bu zaman istehlak edilən kalorilərin nisbəti gün ərzində xaric edilən kalorilərdən az olmalıdır. Bu qaydadan kənara çıxmaq arıqlama prosesində əsas maneə yaradır".

Bu barədə rusiyalı mütəxəssis, diyetoloq və qastroenteroloq Yevgeni Arzamastsev qazeta.ru-ya müsahibəsində danışıb.

O bildirib ki, qidalanmanı ciddi şəkildə məhdudlaşdırmağa ehtiyac yoxdur: "Qidada kalori çatışmazlığı, əsas qida maddələrinin balanssızlığı və ya günlərlə ac qalmaq pəhrizin pozulmasına səbəb olar və uzun müddət davam edə biləcəyiniz rahat bir pəhriz formalaşdırmağa imkan verməz. Rasion kəskin şəkildə pozulduqda, birdəfəyə istehlak edilən kalorilərin miqdarı bütün səylərinizi boşa çıxara bilər".

Mütəxəssis ilk növbədə rafinə edilmiş məhsullardan - "fast-food", yarımfabrikatlar, həddindən artıq yağlı ət yeməkləri, şirniyyatlar və gizli şəkər mənbələrindən imtina etməyin vacib olduğunu qeyd edib.

"Yalnız səhər yeməyini buraxmaq və ya gündə bir dəfə yemək yemək düzgün qidalanma rejiminin pozulmasına səbəb olur. Bu təcrübə həddindən artıq kalori yığılmasına gətirib çıxarır və istehlak edilən porsiyalar normadan böyük olur. Həmçinin bu vəziyyət metabolik proseslərə və mədə-bağırsaq traktının fəaliyyətinə mənfi təsir göstərir. Tam şəkildə səhər yeməyi, nahar və şam yeməyi, gündəlik qidalanmanı sistemləşdirməyə kömək edəcək", - deyə ekspert vurğulayıb.

Arıqlama problemləri hormonal disbalans və ya qalxanabənzər vəzinin qeyri-kafi funksiyası səbəbindən də yaranır. Bu da yeməyə istək artımı, halsızlıq və əhvalın tez-tez dəyişməsi kimi əlamətləri ortaya çıxarır. Belə hallarda, vəziyyəti düzəltmək üçün endokrinoloqla məsləhətləşmək lazımdır.

Arıqlamaqla bağlı göstəricilərə təsir edən digər amillər isə daimi stres və yuxusuzluqdur.

"Aktivliyin olmaması məqsədə çatmağı xeyli dərəcədə ləngidir. Düzgün yanaşma və müntəzəm məşqlərlə, arıqlamanın ilk ayında xalis yağ toxumasının 5%-ə qədərini itirmək mümkündür. Artıq mayenin itirilməsi nəzərə alındıqda, nəticə daha da yaxşı olacaq. Daha yüksək effektivlik üçün xüsusi limfadrenaj proqramları mövcuddur, lakin həddi aşmamaq lazımdır, çünki uyğun olmayan və ya yorucu məşqlər əzələ itkisinə səbəb ola bilər", - deyə Yevgeni Arzamastsev qeyd edib.

Əgər heç bir irəliləyiş yoxdursa, o zaman diyetoloqa müraciət etmək tövsiyə olunur. Diyetoloq rasionu düzəltməyə kömək edəcək və lazımi müayinələrə istiqamətləndirəcək. Əvvəlcədən qidalanma gündəliyi tutmaq da faydalı olar, çünki bu, həkimin düzgün tərtib etdiyi rejimi daha yaxşı anlamasına kömək edəcək.

"Çəki korreksiyası proqramları fərdi şəkildə seçilməlidir: dəbdə olan və ya populyar pəhrizlərə müraciət etməyin, çünki onların çoxsaylı mənfi cəhətləri var və əksər insanlar üçün uyğun deyil", - deyə ekspert əlavə edib.
//oxu.azскачать dle 11.3