Mojo.az Banner
23:00 Mühüm dəyişiklik: May ayından ödənişlər tam həcmdə veriləcək - Video  |     22:30 https://youtu.be/L3z77U64oZo?si=RbhIetcR0UsQfF9h  |     22:20 Çörəyin qiyməti ilə bağlı VACİB AÇIQLAMA: Kəskin bahalaşacaq?  |     21:59 Hikmət Hacıyev: Dövlətimizin başçısı televiziya kanallarına daim diqqət və qayğı göstərir  |     21:42 Bakıda hava pisləşəcək - Bu tarixdən  |     21:30 Gənc boksçu faciəvi şəkildə ÖLDÜ  |     21:18 20 illik fəaliyyətə son: General-leytenant Etibar Mirzəyev vəzifədən azad edilməsindən danışdı  |     21:05 Hakimlərin Seçki Komitəsinin məlumatı  |     21:04 "14 fevral milyardlarla dollarlıq dövriyyə yaradır" - İqtisadçı  |     20:57 Çoxmənzilli binalarda idarəetmə problemi  |     20:49 Leyla Əliyeva Göygöl səfərindən paylaşım etdi - Video  |     20:44 "Hyundai" mopedlə toqquşdu: 17 yaşlı gənc xəsarət aldı  |     20:26 Sumqayıtda 11500 manatlıq dələduzluq edən 68 yaşlı kişi TUTULDU  |     20:18 Bakıda böyük REYD: qayda pozanlar cərimələndi - Video  |     20:05 Gənc boksçu faciəvi şəkildə öldü  |     19:54 Su təchizatı sektorunda ciddi qanun pozuntuları aşkarlandı, iş açıldı  |     19:47 Bütün ermənilərin katolikosu II Qareginə cinayət işi açıldı  |     19:39 Natrium əvəzinə litium: Yeni tip batareya elektromobildən uzunömürlü ola bilər  |     19:36 Nazir müavini: SOCAR Serbiyada ilk böyük birgə layihəsini həyata keçirməyə hazırlaşır  |     19:28 Azərbaycan Premyer Liqası: "Zirə" "Karvan-Yevlax" üzərində qələbə qazandı  |    
Left Banner
Right Banner

Taksi islahatları: Hazırda vəziyyət necədir?

30.08.2025 21:54 435
Taksi islahatları: Hazırda vəziyyət necədir?
İslahatlardan əvvəl taksi ilə qısa məsafəli sifarişlər 40 faiz təşkil edirdisə, hazırda bu rəqəm 13-14 faizə qədər düşüb. Nəticədə, sərnişinlər qısa məsafə üçün avtobus və digər ictimai nəqliyyatdan istifadə edirlər.

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 47 137,4 nəfər olub ki, bu da illik müqayisədə 0,1 faiz azalma deməkdir. Məlumata əsasən, ötən ilin yanvar-iyul aylarında ölkə üzrə taksi xidmətindən 47 184,6 müştəri istifadə edib. Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 5 faiz artaraq 1 187 694,8 min təşkil edib. Rəqəmlərdən də göründüyü kimi taksidən istifadə edən vətəndaşların sayı azalıb. Bu azalmanı taksi islahatları ilə əlaqələndirmək olarmı? Taksi islahatları məqsədinə çatdı? Hazırda vəziyyət necədir?

Avtosfer.az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Taksilərlə gedişlərin sayı 41,8 faizə qədər azalıb"

AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, taksi islahatı üzrə bu vaxtadək həyata keçirilən tədbirlər birinci mərhələni əhatə edir: "Bu mərhələdə əsas məqsəd taksi parkının yenilənməsi, bu sahədə uçotun, nizamlı fəaliyyətin və nəzarət mexanizminin qurulması, sürücülərin təlimlərə cəlb edilməsi və digər məsələlərdir. Rəqəmlər göstərir ki, 2025-ci ilin ilk beş ayı ərzində şəxsi avtomobillər və taksilərlə həyata keçirilən gedişlərin sayı 41,8 faizə qədər azalıb. Bu müddət ərzində ictimai nəqliyyatın payı isə 33,9 faizə qədər artıb. Bu, ilk növbədə sərnişinlərin avtobusla gedişlərə marağının artması, ictimai nəqliyyatın daha da optimallaşdırılması, marşrut şəbəkəsinin genişləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi, o cümlədən qovşaqların yaradılmasının nəticəsində mümkün olub".

Qurumdan qeyd edildi ki, islahatlardan əvvəl taksi ilə qısa məsafəli sifarişlər 40 faiz təşkil edirdisə, hazırda bu rəqəm 13-14 faizə qədər düşüb: "Nəticədə sərnişinlər qısa məsafə üçün avtobus, mikrobillik və digər ictimai nəqliyyatdan istifadə edir. İslahatların başlanması ərəfəsində Bakı şəhərində taksilərin sayı təxminən 67000 ədəd olmaqla ortalama qabaqcıl beynəlxalq təcrübə göstəricisindən təxminən üç dəfə çox idi. Hazırda icazə alan taksi minik avtomobillərinin sayı 29000-dən çoxdur. Bu da ortalama qabaqcıl beynəlxalq təcrübə göstəricisinə uyğundur".

"Taksiyə artıq əyləncə naminə gələn insanlar yoxdur"

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov isə düşünür ki, taksidən istifadənin azalmasının əsas səbəbi ictimai nəqliyyatın, xüsusən də avtobusların daha keyfiyyətli xidmət göstərməsidir: "Həmçinin ictimai nəqliyyatda istismara buraxılan marşrutlar daima yenilənir. Həm özəl, həm də dövlətin balansında olan daşıyıcı şirkətlər nəqliyyat vasitələrini yeniləyirlər".

E.Cəfərov bildirdi ki, taksi daha məsuliyyətli peşə növünə çevrilib: "Taksi islahatları ötən illərdə qəbul olunmuş qayda və qanunlara əsasən həyata keçirilir. Əsas məqsəd taksini daha təhlükəsiz və keyfiyyətli etməkdir. Düşünürəm ki, bu məqsədə qismən də olsa, nail olunub. Belə ki, artıq köhnə, yararsız, sərnişindaşımaya uyğun olmayan nəqliyyat vasitələrini taksidə görmürük. Onların əvəzində taksidə daha yeni avtomobillər istismar olunur. Daha çox hibrid və elektromobil avtomobillər üstünlük təşkil edir. Taksiyə artıq əyləncə naminə gələn insanlar yoxdur. Yalnız təcrübəli şəxslər fəaliyyət göstərirlər. Bu da sürücülərin məsuliyyətini daha da artırır".

Ekspert deyir ki, taksidə keyfiyyətin və təhlükəsizliyin yüksəldilməsi sərnişinlərdən, onların tələbləri, təklifləri və şikayətlərindən asılıdır: "Məsələn, əvvəlki aylarda sərnişinlər şikayət edirdi ki, proqramda başqa avtomobildir, lakin ünvana başqa avtomobil gəlir. Bu problemin həlli üçün SİMA əlavə olundu. Hansı ki, artıq sürücü haqqında məlumat müvafiq qurumlara ötürülür. Bu da taksini daha təhlükəsiz edir. Gələcəkdə də hər hansı problem çıxdıqda, sərnişinlərin iradı ilə bu problemi həll etmək mümkün olacaq. Ümid edirəm ki, getdikcə taksi sahəsində vəziyyət daha da yaxşılaşacaq. Belə olduğu təqdirdə biz keyfiyyət, yüksək təhlükəsizlik standartına çata biləcəyik".скачать dle 11.3
Mojo.az Banner